Tuzkan gölü
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Tuzkan gölü[1] (özb. Tuzkon, Тузкон) — Özbəkistan ərazisində yerləşən azca şorsulu göl[2]. Arnasay sisteminə daxil olan göllər arasında Aydarkuldan sonra ikinci böyük göldür.
Tuzkan gölü | |
---|---|
özb. Tuzkon | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 237 m |
Eni | 22—25 km |
Uzunluğu | 35 km |
Sahəsi | 705 km² |
Dərin yeri | 20 m |
Tökülən çay | Klı |
Yerləşməsi | |
40°36′00″ şm. e. 67°29′00″ ş. u.HGYO | |
Ölkə | Özbəkistan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Arnasay du hövzəsinə daxil olan digər göllər kimi toplsyıcı sularla qidalanır. Bununla belə bu sistemin digər göllərindən fərqli olaraq Tuzkan gölü təbii kökə malikdir. Belə ki, nə zamansa onu hazırda yerləşdiyi ərazidə göl olmuşdur. Bununla belə hazırda mövcud olan göl antropogen məşhəllidir və insan əməyinin nəticədidir.
Göl Cizak vilayətinin Fərqanə tümənliyində yerləşir. Cizak şəhərindən 56 km şimal-şərqdə qərarlaşır. Qızılqum səhrasının uzaq şərq nöqtədisini təşkil edir. Gölün maksimal dərinliyi 20 metr təşkil edir. Gölün sahəsi 705 km²-dir
Aynasak sisteminə daxil göllər arasında ən cənubda yerləşənidir. Şimal-qərbdən Aydarkul ilə kanalla birləşir. Şimal-qərbdən cənub-şərqə uzanmış üçbucaq formaya malikdir. Hazırda gölün uzunluğu 35 km təşkil edir. Eni isə 22–25 km arasında dəyişir. Göl dəniz səviyyəsindən 237 metr yüksəklikdə yerləşir. Bölgənin digər gölləri kimi oda sabit sahillərinə malik deyildir. Su səthinin 15-20% ara bilir.
Gölün şimal-şərq sahilləri güçlü şəkildə parçalanmışdır. Bu hissədə çoxlu sayda uzun və ensiz körfəzlər vardır. Onlardan bəzisi hətta ayrı bir su hövzəsini əmələ gətirirlər. Göl ətrafında çoxlu sayda şoranlıqlar vardır. Gölün bu hissələrində kiçiçik adalar vardır. Gölün ətrafı səhranın qumluqları ilə əhatələnmişdir. Küləklər səhranın tizanağını gölə sovurur. Ətrafında saksaul və qamış kolları ətafə basmışdır.
Cənub sahilləri düz xətt üzrə uzanır. Gölə sorulu Klı çayı tökülür (Akbulak kollektoru vı Mərkəzi açlıq kollektoru). Göldən bir qədər aralıda Toqay və Tuzçikudukkul gölləri yerləşir. Gölün yaxın bölgələri bataqlaqlaşmışdır.
Cənub-qərbdən sahilləri elə də hündür olmayan Pistalitau silsiləsi ilə əhatələnir. Qərqdən isə göl qum təpələri ilə sərhədlənmişdir.
1969-cu ilə qədər göl elədə böyük olmayan və mövsümdən asını olaraq sahəsində artıb-azalma müşahidə edilən göl olmuşdur. Bəzi isti illilərdə isə hətta göl tamamən quruyurdu. Hidroloq N. A. Kenesarinin fikirinə görə göl nə zamansa mövcud olmuş Aral-Xəzər hövzəninim bir hisdədini təşkil etmişdir. 1969-cu ildə Çardar su anbarına həddindən artıq suyun (21 km²) toplanması ilə əlaqədar daşqın ba verir. Nəticədə Aydar çökəkliyi su ilə dolur. Sonrakı suyun quruması ekoloji problemə qətirib çıxarmışdır. 1980-ci ildə Aydarkul və Tuzkan gölləri arasında damba inşa edilmişdir. Mütəmadi axıntılar baş verirdi. 1994-cü ildə növbəti güçlü su talanılmasından sonra (9,3 km³) damba dağılmışdır. İki göl yenidən birləşmişdir. Tuzkan gölünün şimalı tsmamən yuyulmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.