From Wikipedia, the free encyclopedia
Tuxya - Çuvaş qızlarının yarımdairəvi formada toxunmuş, 1-2 cərgədın ibarət naxışlı, qulaqlığı və ya dəri kəməri olan ənənəvi baş geyimi.[1]
Tuxya muncuqlarla, gümüş sikkələrlə və müxtəlif qiymətli daşlarla bəzədilir, papağın yuxarı hissəsində dairəvi formada Günəşi və onun fasiləsiz hərəkətini simvolizə edən işarələr əks olunurdu. Tuxyanın çuvaşların əsas etnik qruplarını səciyyələndirən iki növü mövcuddur. Çuvaşıstanın şimal və şimal-qərb bölgələrində yaşayan və özlərini anat-ençi adlandıranlar dairəvi formada toxunmuş tuxyadan,Çuvaşıstanın Mərkəzi bölgələrində və həmçinin Orta Volqaboyunda və Uralyanı ərazilərdə yaşayan çuvaşlar dəbilqəyə oxşar, yuxarısı konusvari şəkildə toxunmuş yarımdairəvi tuxyadan istifadə edirdilər. Volqa çayından şimalda yaşayan yuxarı çuvaşların hansı formalı tuxyadan istifadə etmələri barədə mənbələrdə heç bir məlumat yoxdur. Zveniqovoda yaşayan marilərin də tuxyadan istifadə etmələrinə təsadüf olunmuşdur.
Tuxyadan istifadə olunması barədə üç nəzəriyyə: Bulqar, Amazon və Ön Asiya nəzəriyyələri mövcuddur. Bulqar nəzəriyyəsinə əsasən tarixin müxtəlif dönəmlərində çuvaş qadınlar kişilərlə bərabər döyüşlərdə iştirak etmişlər, xalq arasında bununla bağlı bir çox əfsanələr də yaranmışdır. Qədim dövrlərdə tuxya qulaqları qorumaq üçün dəmir və ya poladdan hazırlanmış elementlərdən ibarət hərbi şlem rolunu oynayırdı. Bu qulaqcıqlar baş geyiminin əsas hissəsini təşkil edən dəridən hazırlanməış remenə bərkidilirdi. Tuxyanın Volqa bulqarlarından çuvaşlara keçməsi barədə də müxtəlif ehtimallar vardır.
Amazon nəzəriyyəsinə əsasən çuvaş qadınlarının əcdadları sarmat amazonkaları olmuşdur. Çuvaş dilində "Amazonka" dəqiq məna ifadə edən iki ifadədən ibarətdir: "ama"-dişi və "sin" - insan. Amazonkaların bu ərazidə yaşamaları daha bir mənbədə- İtaliya rahibi Fra Maura tərəfindən Portuqaliya kralı V Alfons üçün hazırlanan və o zamanlar kartoqrafiyada ciddi mənbə kimi qəbul edilən xəritədə katolik rahib hazırda Çuvaşıstanın yerkləşdiyi Volqa və Sur çayları arasındakı ərazini Amazoniya adlandırmışdır. Belə bir qənaətə gəlmək olar ki, polad lövhəciklərlə əhatə olunan tuxya hərbi şlem kimi müdafiə funksiyası daşıyırdı. Bu baş geyiminin təsvirlərinə yunan qablarının üzərinə çəkilmiş təsvirlərdə də rast gəlmək mümkündür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.