![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0e/Iran_Turan_map_1843.jpg/640px-Iran_Turan_map_1843.jpg&w=640&q=50)
Turan
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Turan (dəqiqləşdirmə).
Turan (fars. توران) — Mərkəzi Asiyada tarixi bir ərazidir. Termin İran mənşəlidir.[1][2] İlk turanlılar Turun nəslindən gələn iranlı bir qəbilədir.[3][4][5]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0e/Iran_Turan_map_1843.jpg/640px-Iran_Turan_map_1843.jpg)
Turan adına Avesta və Firdovsinin Şahnamə əsərində rast gəlmək olar. Tarixi İran-Turan müharibələrində Əfrasiyab Turan imperatoru olaraq nəql edilir. Turan sözü XIX əsrdən etibarən ideoloji bir terminə çevrildi. Bu idealogiya Türk tarixində siyasi, hərbi və mədəni sahələrə öz təsirini göstərib. Azərbaycanda turançılıq idealogiyasının ən məşhur daşıyıcılarından biri Əli bəy Hüseynzadə olub. Həmçinin tanınmış Azərbaycan şairi və repressiya qurbanı Hüseyn Cavid bu ideologiyanın daşıyıcısı olub və təsadüfi deyil ki, öz qızına Turan (Turan Cavid) adı verib.