![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5b/%25E7%25A9%258D%25E3%2582%2593%25E8%25AA%25AD%2540Dec_5%252C2010_%25285233729309%2529.jpg/640px-%25E7%25A9%258D%25E3%2582%2593%25E8%25AA%25AD%2540Dec_5%252C2010_%25285233729309%2529.jpg&w=640&q=50)
Tsundoku
From Wikipedia, the free encyclopedia
Tsundoku (積ん読?) – kitab almağı və əldə etməyi sevmək, lakin onları oxumamaqla xarakterizə olunan sindrom.[1][2][3]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5b/%E7%A9%8D%E3%82%93%E8%AA%AD%40Dec_5%2C2010_%285233729309%29.jpg/640px-%E7%A9%8D%E3%82%93%E8%AA%AD%40Dec_5%2C2010_%285233729309%29.jpg)
Tsundoku yapon termini olub, Meyci dövründə yaranmışdır.[4] Termin tsunde-oku (積んでおく, azərb. əşyaları qalaq-qalaq yığmaq?) və dokusho (読書, azərb. kitab oxumaq?) sözlərindən əmələ gəlmişdir. Termin həmçinin kitab rəfində sonradan oxunacaq kitabları bildirmək üçün də istifadə olunur.[4]