Tsukubay
From Wikipedia, the free encyclopedia
Tsukubay (yap. 蹲, 蹲い, 蹲踞) (tsukubay) - ayin təyinatına malik ənənəvi kiçik yapon hovuzu. Sözün özü "çömbəlib oturmaq" mənasını verən qədim "tsukubau " feilindən yaranmışdır.[1] Tsukubay yonulmamış bütöv daşdan hazırlanır və dini xarakter daşıyır. Tsukubay müəyyən formaya malik olmaqla xüsusi məna kəsb edir. Hovuzun daş qabları heroqliflər və dini simvollarla bəzədilir. Su tsukubaya bambuk borusu (kakey) vasitəsilə dolur. Bəzən kakey dövri olaraq taqqıltı səsi çıxarmaqla sadə bambuk mexanizmi ilə dolur.