Yapon aktrisa və model From Wikipedia, the free encyclopedia
Tsubasa Honda (本田 翼, Honda Tsubasa?, 27 iyun 1992, Tokio[d]) – Yaponiya aktrisası və modeli.[1]
Honda əyləncə sənayesinə 2006-cı ilin ortalarında daxil olmuşdur. O, eyni gündə yeddi müxtəlif şəxs tərəfindən kəşf olunmuşdu.[2] 2006-cı ildə "Seventeen" jurnalının ekslüsiv modeli kimi debüt etmişdir. 2007-ci ildə jurnal dəyişdirərək "Love Berry" jurnalı üçün modellik etməyə başlamışdır. 2010-cu ilin yanvarında "Non-no" jurnalının modeli olmuşdur.
2012-ci ilin aprelindən 2013-cü ilin mayına kimi TBS tolk-şousu olan "A-Studio" verilişində Şofukutei Tsurubenin köməkçisi olmuşdur.[3] 2012-ci ilin noyabrında "Dəb hekayəsi: Model" filmində baş rolda çəkilərək film dünyasına daxil olmuşdur.[4] 2013-cü ilin iyulunda NTV kanalında yayımlanan "Musiqi əjdahası" adlı musiqi verilişində peyda olmuşdur.[5] 2015-ci ilin iyulunda Fuji TV kanalında yayımlanan "Koynaka" serialının personajlarından birini canlandırmışdır.[6] 2017-ci ildə "Fullmetal Alchemist" manqası əsasında çəkilmiş "Tammetal əlkimyagər" filmində Vinri Rokbell personajını canlandırmış,[7] 2019-cu ildə Makoto Şinkayın "Hava övladı" anime filmində Natsumi personajını səsləndirmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.