Tsuşima döyüşü (yaponca: 対馬海戦, Tsuşima Kaysen; rusca: Цусимское сражение, Tsusimskoye srajeniye) — 1905-ci il mayın 14–15-də (Çar Rusiyasında o dövrdə istifadə olunan Yuli təqviminə əsasən 27–28 may) rus-yapon müharibəsi zamanı Tsuşima adası yaxınlığında olmuş dəniz vuruşması. Yaponiyada Yapon dənizi döyüşü (yaponca: 日本海海戦, Nihonkay Kaysen) adı ilə də tanınır. Döyüşdə admiral Toqo Xeyxatironun rəhbərliyi altında olan Yaponiya İmperiya donanması admiral Zinovi Rojestvenskinin rəhbərliyi altındakı Rusiya İmperator donanması Sakit okean Flotiliyasının 2/3 hissəsini məhv etmişdir. Rus donanması Baltik dənizindəki bazalarından yola çıxaraq 18 min dəniz mili (33 min km) məsafə qət edərək bölgəyə gəlib çatmışdır.
Cəld faktlar Tarix, Yeri ...
Tsuşima döyüşü |
---|
Rus-yapon müharibəsi |
日本海海戦 Цуси́мское сраже́ние |
|
Tarix |
27-28 may 1905-ci il |
Yeri |
Tsuşima boğazı |
Nəticəsi |
Yaponiya qələbə qazandı |
|
|
Ümumi: 89 gəmi 5 döyüş gəmisi 27 kreyser 21 destroyer 37 torpedo qayığı
|
Ümumi: 38 gəmi 8 döyüş gəmisi 3 sahil mühafizə gəmisi 6 kreyser 9 destroyer 12 başqa gəmi
|
|
117 ölü 583 yaralı 3 torpedo qayığı batır
|
4.380 ölü 5.917 əsir 21 gəmi batır 7 gəmi ələ keçirilir 6 gəmi tərksilah olunur
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Rus-Yapon müharibəsindən əvvəl döyüş gəmiləri həm yaxın məsafədə, həm də uzaq məsafədə döyüşmək üçün ümumilikdə 152, 203, 254 və 305 mm-lik toplarla təchiz edilərkən bu müharibədə sadəcə uzun mənzilli toplara sahib gəmilərin daha üstün olduğu görülmüşdür.