From Wikipedia, the free encyclopedia
Tsin Şupey (çin. 秦舒培; 10 avqust 1989, Kayfın[d]) və ya sadəcə Şu Pey – Çin supermodeli və aktrisası. DNA Models (Nyu-York), Oui Management (Paris) və VIE Models (Honkonq) agentlikləri ilə əməkdaşlıq edir.[1] Boyu 178 santimetrdir.
Tsin Şupey 10 avqust 1989-cı ildə Çinin Henan əyalətinin Kayfın şəhərində doğulmuşdur. Məktəb təhsilini ABŞ-nin Nyu-York şəhərində almışdır. Nyu-Yorkda təhsil alarkən model olmağa qərar vermişdir.
Tsin 2007-ci ildə Next Management agentliyi ilə müqavilə imzalamışdır.[2] 2007-ci ilin sentyabrında Nyu-York şəhərində baş tutmuş Rachel Roy şousunda model kimi debüt etmiş, Brian Reyes, Catherine Malandrino və Verrier brendləri üçün podiuma çıxmışdır. 2008-ci ilin avqustunda "British Elle", 2008-ci ilin avqustunda isə "Vogue China" jurnalının baş məqaləsində yer almışdır.[2]
2012-ci ildə ilk dəfə olaraq Victoria's Secret Dəb Şousunda iştirak etmişdir. 2017-ci ildə Çinin Şanxay şəhərində baş tutan Victoria's Secret Dəb Şousunda da podiuma çıxmışdır.[3]
2010-cu ildə 60 şou üçün modellik etmiş və 2011-ci ildə Models.com saytı tərəfindən Top-50 model siyahısına salınmışdır..[4][5] Maybelline və Vera Wang brendlərinin mətbuat katibi seçilmişdir.[6] 2010-cu ilin iyulunda Elle Stil Mükafatının qalibi olmuşdur.[7]
2012-ci ildə Gucci, Burberry, Vera Wang, Chanel, Dior və Versace brendləri üçün podiuma çıxmışdır.[3]
2015-ci ilin martında "Göydən düşən körpə" filmində aktrisa kimi debüt etmişdir.[8] 2015-cu ildə Met qalasında iştirak edərək Tommy Hilfiger brendinin yüksək dəb libasını geyinmişdir.[9]
27 aprel 2012-ci ildə Huayi Brothers Fashion Group və Elle tərəfindən təşkil olunan bir film tədbirinin səfiri olmuşdur.[10] 19 may 2012-ci ildə NBAJam Liv adlı qeyri-kommersiya idman tədbirində iştirak etmişdir.[11] 8 noyabr 2012-ci ildə Swarovski şirkətinin Şanxay şəhərində baş tutan incəsənət sərgisinin iştirakçısı olmuşdur.[12]
2013-cü ildə Mark Ceykobsun "Olduğun dərini qoru" adlı dəri xərçənginə qarşı olan köynək layihəsində iştirak edərək nud modellik etmişdir.[13]
Tsin 2012-ci ildə Huayi Brothers Fashion Group şirkətinin meneceri Zao Ley ilə evlənmiş, 2015-ci ildə isə ondan boşanmışdır. Daha sonra Edison Çen ilə münasibəti olmuşdur.[14][15]
2017-ci ildə Alaya Çen adlı ilk qızı doğulmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.