From Wikipedia, the free encyclopedia
Toşiko Marks (マークス寿子, Makusu Toşiko?, 23 mart 1936, Tokio prefekturası[d] – 15 iyun 2024, London) – yaponəsilli Britaniya müəllifi.
1936-cı ildə Yaponiyanın paytaxtı Tokioda doğulmuşdur. Doğum adı Toşiko Şimuradır.[1] 1971-ci ildə Britaniyaya köçərək London İqtisadiyyat və Politologiya Məktəbində təhsil almışdır.[2]
1976-cı ildə "Marks & Spencer" şirkətinin qurucularından birinin nəvəsi olan baron Maykl Marks ilə evlənmişdir. O, Britaniya vətəndaşlığı və baronessa titulu əldə etmişdir. Cütlük daha sonra boşanmışdır. 15 iyun 2024-cü ildə Londondakı evində ölmüşdür.[1]
Mədəniyyət və gender məsələləri haqqında yazmışdır. Yaponiya ilə Britaniya mədəniyyətlərinin müqayisəsi üzrə tədqiqatçı olmuş, tez-tez iki ölkə arasında səyahət etmişdir.[1] 1985-ci ildə Esseks Universitetində mühazirəçi olmuş,[3] Çiba prefekturasındakı yerləşən Şumey Universitetinin professoru kimi fəaliyyət göstərmişdir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.