Tor: Raqnarök
film, 2017 / From Wikipedia, the free encyclopedia
Tor: Raqnarok (ing. Thor: Ragnarok) — 2017-ci ildə Marvel Comics personajı olan Tor haqqında Marvel Studiosun prodüserliyi və Walt Disney Studios Motion Picturesin distribütorluğu ilə çəkilmiş ABŞ superqəhrəman filmi. "Raqnarok", 2011-ci ildə çıxarılmış "Tor" və 2013-cü ildə çıxarılmış "Tor 2: Zülmət aləmi" filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatına (MKK) daxil olan on yeddinci filmdir. Erik Pirson, Kreyq Kayli və Kristofer Yost tərəfindən yazılmış ssenari əsasında Taika Vaititinin rejissorluğu ilə çəkilmiş filmdə Kris Hemsvort, Tom Hidlston, Keyt Blanşett, İdris Elba, Ceff Qoldblum, Tessa Tompson, Karl Urban, Mark Ruffalo və Entoni Hopkins rol almışlar. Filmdə, Tor Sakaar planetindən qaçmalı və Asqardı Heladan və Raqnarökdən xilas etməlidir.
Tor: Raqnarök | |
---|---|
ing. Thor: Ragnarok | |
| |
Janr |
superqəhrəman filmi fantastika döyüş |
Rejissor | Taika Vaititi |
Prodüser | Kevin Fayqi |
İcraçı prodüserlər | Sten Li[1] |
Əsərin müəllifləri | Sten Li, Larri Liber və Cek Kirbinin Marvel Comics tərəfindən nəşr edilmiş Tor komiksi əsasında |
Ssenari müəllifləri |
Erik Pirson Kreyq Kayli Kristofer Yost |
Baş rollarda |
Kris Hemsvort Tom Hidlston Keyt Blanşett İdris Elba Ceff Qoldblum Tessa Tompson Karl Urban Mark Ruffalo Entoni Hopkins |
Operator | Xavyer Aqqiresarobe |
Bəstəkar | Mark Mazersbro |
İstehsalçılar |
Marvel Studios Distribütor: Walt Disney Studios Motion Pictures |
Distribütor | Walt Disney Studios Motion Pictures[d][2], Netflix, Disney+ |
İlk baxış tarixi |
10 oktyabr 2017 (El-Kapitan Teatrı) 3 noyabr 2017 (ABŞ) 2 noyabr 2017 (Azərbaycan[3]) |
Müddət | 130 dəq.[4] |
Büdcə | $180 milyon[5][6] |
Gəlir | $854 milyon[5] |
Ölkələr | ABŞ |
Dil | ingilis dili |
İl | 2017 |
Əvvəlki film | Tor 2: Zülmət aləmi |
Rəng | rəngli |
Çəkiliş yeri | Kvinslend[7] |
IMDb | ID3501632 |
Vikianbarda əlaqəli mediafayllar |
Üçüncü Tor filminin çəkiləcəyi 2014-cü ilin yanvarında elan edilmiş, Kayli və Yostun ssenari üzərində işlədiyi bildirilmişdir. Oktyabrda Hemsvort və Hidlstonun layihədə iştirakı təsdiqlənmişdir. "Tor 2: Zülmət aləmi" filminin rejissoru Alan Teylorun layihədən imtina etməsindən sonra, Taika Vaititi filmin rejissor kürsüsünə dəvət edilmişdir. Ruffalonun əvvəlki MKK filmlərində canlandırdığı Halk roluna qayıtması ilə 2006-cı ildə çıxarılmış "Halk Planeti" hekayə xəttinin bəzi elementlərini də Raqnarok mövzusuna birləşdirmək mümkün olmuşdur. Hela rolunu canlandıran Blanşett və digər aktyor heyəti 2016-cı ilin mayında, Pirsonun ssenari ilə işləməyə başlaması isə iyulda elan edilmişdir. Filmin çəkilişləri Avstraliyanın Brisben və Sidney şəhərlərində, həmçinin Village Roadshow Studiosda aparılmış və 2016-cı ilin oktyabrında tamamlanmışdır.
"Tor: Raqnarok"un premyerası 10 oktyabr 2017-ci ildə Los-Ancelesdə keçirilmiş, ABŞ-də 3 noyabr 2017-ci ildə 3D, IMAX və və IMAX 3D formatlarında çıxarılmışdır. Film, tənqidçilər tərəfindən əsasən müsbət qiymətləndirilmiş, Tor trilogiyasının ən yaxşı filmi olması vurğulanmış, Vaititinin rejissorluğu, aktyor heyətinin işi, yumor və musiqisi yüksək qiymətləndirilmişdir.