Tofiq Hüseyn (tam adı: Tofiq Yadulla oğlu Hüseynov; 1946, Məmmədxanlı, Masallı rayonu) — Azərbaycan şairi, publisist, Azərbaycanın Əməkdar Jurnalisti, “Tərəqqi” medalına layiq görülüb (2005).
Tofiq Hüseyn | |
---|---|
Hüseynov Tofiq Yadulla oğlu | |
Doğum tarixi | 1946 |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | şair, publisist |
Mükafatları |
Həyatı
Hüseynov Tofiq Yadulla oğlu 1946-cı ildə Masallı rayonunun Məmmədxanlı kənddində anadan olub.
1967-ci ildə Azərbaycan Dövlət Universtitetini bitirəndən sonra təyinatla Əli Bayramlı şəhərinə göndərilib, burada çıxan “İşıq” qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb. Şöbə müdiri, məsul katib vəzifələrində işləyib.
1990-cı ildə alternativ Əli Bayramlı Şəhər Sovetinə deputat seçilib. 1991-cı ildə yeni yaradılan Hacıqabul rayonunda “Hacıqabul” qəzetinin ilk baş redaktoru təyin olunub. 1993-cı ildə “Həyat”qəzetinin cənub bölgəsində, 1997-cı ildən hal-hazıra kimi “Respublika” qəzetinin Muğan-Şirvan bölgəsində xüsusi müxbir kimi çalışır.
Mətbuatda səmərəli fəaliyyətinə görə 2005-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına, 2013-cü ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.[1]
Ədəbi fəaliyyəti
Ədəbi fəaliyyətə 1964-cı ildə ADU-nun “Lenin tərbiyəsi uğrunda“ qəzetində dərc olunan “Yarpaq “şeiri ilə başlayıb. 1965-cı ildə Xəlil Rza Ulutürkün “Uğurlu yol” u ilə Masallı rayon qəzeti “Çağırış” da dərc olunan sil-silə şeirləri ədəbi iştimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Sonrakı illərdə görkəmli söz ustaları Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Tofiq Bayram, Cabir Novruz, Qulu Xəlilli, İlyas Tapdıq, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Tofiq Abdin, Əjdər Ol və başqaları tərəfindən müxtəlif qəzet və jurnallarda ədəbi yaradıcılığı yüksək qiymətləndirilib.
8 şeir və publisistik məqalələr kitabının, sənədli povestin müəllifidir.
Ailəlidir, 2 övladı, 3 nəvəsi var.
Əsərləri
- Sənə inanıram
- Sənin yaxşılığın
- Sabah sənin ad günündür
- Şərurlu polkovnik
- Əli Bayramlı hacıları
- Adamları mənim yanıma dərd gətirir
- Seçilmiş Əsərləri 2 cilddə
- Üzünə gün işığı düşən adam
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.