Toba gölü
From Wikipedia, the free encyclopedia
Toba[1] (ind. Danau Toba) — İndoneziyanın Sumatra adasında yerləşən göl. Göl Şimali Sumatra əyalətinə aiddir və əyalətin inzibati mərkəzi Medan şəhərindən cənubda yerləşir. Toba gölü 74 min il əvvəl, nəhəng püskürmə mərkəzi olan eyni adlı Toba vulkanının kalderində meydana gəlmişdir. Göl dəniz səviyyəsindən 902 metr yüksəklikdə yerləşir. Eni — 27 km, uzunluğu isə 87 km-dir. Sahəsi 1103 км²-dir[2][3]. Toba İndoneziyanın ən böyük gölüdür. Eləcə də dünyada vulkan mənşəli ən böyük göl hesab olunur[4]
Toba | |
---|---|
ind. Danau Toba | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 902 m |
Eni | 27 km |
Uzunluğu | 87 km |
Sahil uzunluğu | 294 km |
Sahəsi | 1103 km² |
Həcmi | 240 km³ |
Dərin yeri | 505 m |
Axan çay | Asaxan |
Minerallaşma tipi | şirin sulu |
Yerləşməsi | |
2°40′ şm. e. 98°53′ ş. u. | |
Ölkə | İndoneziya |
Vikianbarda əlaqəli mediafayllar |
Təbiətin müxtəlifliyinə və batak xalqının zəngin mədəniyyətinə görə Toba gölü və mərkəzində yerləşən Samosir adası (ind. Pulau Samosir) İndoneziyanın ən populyar turizm məkanlarından biri hesab olunur[5]. Ancaq aktiv təsərrüfat fəaliyyəti göl suyunun və sahil ərazilərin çirklənməsinə və bir çox ekoloji problemlərin yaranmasına səbəb olmuşdur[6].