Yakopo Komin, daha çox Tintoretto adı ilə tanınır (it. Jacopo Robusti, Jacopo Comin, Tintoretto; 29 sentyabr 1518–31 may 1594) — Venesiya rəssamlıq məktəbinə mənsub olan yüksək İntibah dövrü rəssamı. Gəncliyində həmçinin Yakopo Robusti adı ilə tanınmışdır.

Cəld faktlar Doğum adı, Doğum tarixi ...
Tintoretto
Tintoretto
Thumb
Avtoportretdən fraqment
Doğum adı Yakopo Komin
Doğum tarixi
Doğum yeri Venesiya
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Venesiya
Fəaliyyəti rəssam, memarlıq çertyojçusu[d], vizual incəsənət rəssamı
Janrlar İntibah dövrü, dini rəssamlıq[d][1], mifologiya rəssamlığı[d][1]
Stil Venesiya rəssamlıq məktəbi
Thumb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Tintoretto 1518-ci ildə Venesiyada ailədə 21 uşağın ən böyüyü kimi anadan olmuşdur. Atası Covanni rəngsaz (it. tintore) olduğuna görə oğlu da özunə Tintoretto təxəllüsünü götürür.

Yakopo sanki rəssam doğulmuşdu. Oğlundakı istedadı görən atası onu dərs almaq üçün Tisianın emalatxanasına gətirir. Lakin Tintoretto Tisianın yanında cəmi 10 gün qalır. Tisian onu evlərinə göndərir. Belə düşünürlər ki, Tisian Tintorettonun özünəməxsus üslubunu qısqanmış, digərlərinə görə isə Tintorettonun üslubu Tisiana yad olduğu üçün onu geri qaytarmışdı.

Bundan sonra Tintoretto müəllimsiz öz üzərində işləməyə başlayır. Yüksək şəxsi ambisiyanın və zəhmətin nəticəsi olaraq onun emalatxanasının üzərində bu yazı yerləşdirilmişdi:

" Il disegno di Michelangelo ed il colorito di Tiziano "

Tərcüməsi — Mikelancelonun dizaynı və Tisianın rəngi.

O, daha çox Mikelancelonun modellərini, "Şəfəq"ini, "Alatoran"ı və "Gecə"sini öyrənirdi. Daha sonra o mum və yapışqanla işləmək sahəsində də ustalaşdı.

Erkən işləri

Tintorettoun erkən işlərinin bəziləri itmişdir. Onun erkən işlərindən dövrümüzədək gəlib çatanlar Venesiya kilsəsi üçün çəkdiyi "İsanın məbəddə təqdimatı", həmçinin Benedettoda "İsa Samariya qadını ilə" əsərləridir. Bundan əlavə Tintoretto "Yaradılış" kitabından 4 mövzu çəkmişdi. Bunlardan ikisi "Adəm və Həvva" və "Habilin ölümü" Venesiya Akademiyasındadır.

Müqəddəs Mark təsvirləri

Thumb
Müqəddəs Markın bədəninin tapılması

1546-cı ildən Tintoretto Madonna del Orto kilsəsi üçün özünün 3 aparıcı əsərini "Qızıl buzova sitayiş", "Bakirənin məbəddə təqdimatı" və "Sonuncu mühakimə"ni çəkir. 1548-ci ildən Tintoretto Marko məktəbi üçün əsərlər çəkmək göstərişi alır. Bu əsərlərə "Müqəddəs Markın bədəninin tapılması", "Müqəddəsin bədəninin Venesiyaya gətirilməsi", "Müqəddəsin tərəfdarlarının duası" və "Qulun möcüzəsi" daxildir.

Cənnət

Bu əsər Tintoretto yaradıcılığının tacı və əhəmiyyətli əsəridir. "Cənnət" incəsənət dünyasında ən böyük freskadır. Əsərin kimə tapşırılacağı müəyyən edilməmişdən Tintoretto əsərin ona tapşırılması üçün tanrıya dua edirdi. O, yorulmadan əsər üzərində işləməyə başlayır. Tintoretto əsərin detallarının tamamlanmasında oğlu Domeniko Tintorettonun köməyindən də istifadə edir. Diqqətdən kənarda qalmış Tintorettonu bütün Venesiya bu möhtəşəm əsərə görə alqışlayır.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.