From Wikipedia, the free encyclopedia
Tintin Konqoda - Belçikalı yazıçı Erjenin yaratdığı Tintin macəraları komiksinin 2-ci seriyası. Seriyanın qəhrəmanı gənc qəzet müxbiri Tintindir.
Bu macəra 1930-cu ilin 5 iyunundan 1931-ci ilin 11 iyununa qədər Belçikanın "Le Petit Vingtième" qəzetində ("Le Vingtième Siècle" qəzetinin uşaq əlavəsi) yayımlanmışdır. 1931-ci ildə ağ-qara albom şəklində yayımlanmışdır. 1946-cı ildə rəngləndirilmiş, 1975-ci ildə dəyişikliyə uğramışdır.
"Tintin Konqoda" Tintin macəralarının ikinci seriyasıdır. Hekayənin əvvəlində Tintin və Milu Belçika Konqosuna (o dövrdə Konqo Belçikanın müstəmləkəsi idi) gedən gəmidədirlər. Milu gəmidə olarkən bir neçə qəza keçirir, amma sonda Konqoya yetiçirlər. Limanda onlar bir maşın kirayəyə alırlar və Koko adlı uşağı özləri üçün bələdçi seçirlər. Konqonun daxili bölgələrinə doğru irəliləyirlər və tək olmadıqlarını hiss edirlər. Bir oğru maşınlarını oğurlayır və onlar vəhşi təbiətin mühasirəsinə düşürlər. Tintin ova çıxmağa məcbur olur. Tintinin heyvanlara pis davrandığı səhnələr də bunu izləyir. Daha sonra bir qəsəbəyə çatırlar. Onları izləyən fırıldaqçı isə Tintini yox etmək üçün qəsəbənin sehrbaz həkimi ilə bir neçə cəhd edir, amma uğursuz olur. Son cəhdində fırıldaqçı Tintini timsahlarla dolu çaya salmaq istəyir, lakin Tintin bir Belçikalı tərəfindən xilas edilir. Tintin və Milu stansiyaya gedirlər, amma bu fırıldaqçı onların yaxasını buraxmır. Lakin fırıldaqçı ölür. Tintin fırıldaqçıya məxsus və onun öldürülməsi göstərişi verilən məktubu tapır. Məktub A.K tərəfindən imzalanmışdır. A.K. Al Kapone deməkdir və o, Konqoda almaz qaçaqmalçılığı ilə məşğul bandanı idarə edir. Tintin bu işi üzə çıxarır və qruplaşma həbs olunur. Sonda Tintin Afrika gəzintisinə çıxır, amma Afrika buffalosu sürüsü onları təqib etməyə başlayır. Son anda təyyarə Tintin və Milunu xilas edir və onları evlərinə aparır.
"Tintin Konqoda" Tintin macəralarının ən mübahisəli olanıdır. Kitabda tez-tez irqçi fikirlərin verilməsi və heyvanlara qarşı şiddətə yer verilməsi böyük tənqidə səbəb olmuşdur. Erje iddia etmişdi ki, sadəcə o dövrün reallıqlarını əks etdirmişdir. 1946-cı ildə albom yenidən yaradılanda Erje Konqonun Belçika koloniyası olduğu haqqındakı istinadları ortadan qaldırmışdı, lakin mübahisələri yatırmağa bəs etməmişdi. Mübahisəli vəziyyətinə görə albom ingilis dilində ancaq ağ-qara şəkildə nəşr edildi.
Albomun nəşrinə uzun müddət qadağan qoyuldu. Amma Konqo DR-dan Erjeyə gələn istəklə bağlı 1970-ci ildə yenidən nəşr olunmuşdu.
Albom Skandinaviyada yayınlananda nəçriyyatçılar 56-cı səhifədəki biabırçı səhnəyə etiraz bildirdilər. Bu səhnədə Tintin dinamit çubuğu ilə kərgadanı partladırdı. Erjedən səhifənin yenidən çəkilməsini istədilər və Erje bu istəklərini yerinə yetirdi. Heyvanı parçalamaq əvəzinə kərgədan səhvən Tintinin silahını işə salır və qorxub qaçır.
2007-ci ildə İngiltərədə İrq Bərabərliyi Komisiyası "Tintin Konqoda" kitabında irqçiliyin sərt formasının verildiyi bildirərək qadağan olunmasını tələb etdi. Tələbin səbəbi kimi "zəncilərin meymun kimi göstərilib ağılsız kimi danışdırılması" göstərildi. Tələbin ardından bəzi kitab evləri kitabı satışdan çıxardılar.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.