Timur Frunze (tam adı Timur Mixayloviç Frunze; rus. Тиму́р Миха́йлович Фру́нзе; 5 aprel 1923, Xarkov19 yanvar 1942, Xarkov) — Sovet İttifaqı Qəhrəmanı[1] (16 mart 1942, ölümündən sonra), qırıcı təyyarəçi, leytenant, Böyük Vətən müharibəsi itirakçısı. Hərbi işlər üzrə xalq komissarı Mixail Frunzenin oğlu. 1938-ci ildən ÜİLKGİ üzvü.

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Timur Frunze
rus. Тиму́р Миха́йлович Фру́нзе
Thumb
Timur Frunze Junkers Ju 87-ni məhv edir. 1960-cı ilə aid SSRİ poçt markası
Şəxsi məlumatlar
Doğum tarixi 5 aprel 1923(1923-04-05)
Doğum yeri
Vəfat tarixi 19 yanvar 1942(1942-01-19) (19 yaşında)
Dəfn yeri
Vətəndaşlığı
Atası Mixail Frunze
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Sovet Hərbi Hava Qüvvələri[d]
Xidmət illəri 1940-1942
Rütbəsi Leytenant
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Timur Frunze Kaçinsk hərbi aviasiya məktəbini bitirmiş (1941), Moskva ətrafında döyüşlərdə və şimal-qərb cəbhəsində gedən vuruşmalarda iştirak etmişdir. Staraya Russa yaxınlığında 8 düşmən qırıcı təyyarəçisi ilə qeyri-bərabər döyüşə girən Timur Frunze iki təyyarə vurub salmış, özü də həlak olmuşdur.

Leytenant Frunze hərbi mərasimlə Krestsı qəsəbəsinin Yamski qəbiristanlığında dəfn edilmişdir.[2][3]

SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 16 mart 1942-ci il tarixli "Qızıl Ordunun rəhbər heyətinə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi haqqında" qərarı ilə "komandanlığın döyüş tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirdiyinə və bu zaman şücaət və qəhrəmanlıq nümayiş etdirdiyinə" görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür.[4]

Müharibədən sonra, 1950-ci illərdə bacısı Tatyananın istəyi ilə məzarı Moskvadakı Novodeviçye qəbiristanlığına köçürülmüşdür.[5]

Mükafatları

Xatirəsi

  • Xarkov şəhərində Frunze rayonu (1973-cü ildən), 2016-cı ildən — Nemışlyanski rayonu
  • Veliki Novqorod şəhərində Timur Frunze-Olovyanka küçəsi. Küçədə məlumat lövhəsi də quraşdırılıb.
  • Krestsı qəsəbəsində Timur Frunze küçəsi.
  • Lipetsk şəhərində Timur Frunze küçəsi.
  • Moskvada Timur Frunze küçəsi (keşçiş Tyoplı dalanı).
  • Tver şəhərində Timur Frunze küçəsi.
  • Staraya Russa şəhərində Timur Frunze küçəsi. Küçədə büstü də qoyulub.
  • Moskva vilayətinin Jukovski şəhərində Timur Frunze küçəsi.
  • Qırğızıstanın Bişkek şəhərində Timur Frunze küçəsi.
  • Adı 161-ci qırıcı aviasiya polkunun 1-ci eskadrilyasının siyahısına əbədi olaraq qeyd edilmişdir.
  • Artekdəki Qəhrəmanlar xiyabanında büstü qoyulmuşdur. Adı həm də Artekdəki "Lazurnı" düşərgəsinin ərazisində qoyulmuş "Onlar arteklilər idi" abidəsinə qeyd edilmişdir.
  • Volqoqrad şəhərindəki 2 saylı "Sozvezdie" internat məktəbinin həyətində heykəli qoyulmuşdur.

İstinadlar

Ədəbiyyat

Mənbə

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.