From Wikipedia, the free encyclopedia
Tençuqumi insidenti (天誅組の変, Tençuqumi no hen?) və ya Tençuqumi üsyanı – 29 sentyabr 1863-cü ildə Yaponiyanın Yamato vilayətində[lower-alpha 1] baş vermiş və şoqunluğa qarşı yönəlmiş üsyan.[1] Özlərini "Tençuqumi", yəni "Cənnətin qisas bandası" adlandıran və imperatorluğa sadiq qrup tərəfindən təşkil olunan üsyan şoqunun birbaşa idarə etdiyi ərazidə baş vermişdi.[1] İkuno iğtişaşı kimi bu insident də həmin dövrün əhəmiyyətli hadisələrindən biri hesab olunur.[1]
Çoşu vilayətindən[lower-alpha 2] olan, imperatora sədaqətli olan aktivistlərin Kiotoda üstünlük ələ keçirməsi nəticəsində 1863-cü ildə Sonno Coi hərəkatı pik nöqtəsinə çatmışdı.[1] Xarici qüvvələrlə döyüşmək üçün imperatorun orduya başçılıq etməsini istəyən aktivistlər uğur qazanmaq üçün Yamato məbədlərinə ziyarət planlaşdırmışdılar.[1] Ziyarət 25 sentyabrda anons edilmişdi.[1] Növbəti gün 75 aktivistdən ibarət Tençuqumi qruplaşması imperatorluq ordusu toplamaq, regiondakı şoqunluq hakimiyyətini sona çatdırmaq və imperatoru qarşılamaq üçün Yamato vilayətinə yola düşmüşdür.[1]
Tosa hanından[lower-alpha 3] olan kənd başçısı Yoşimura Toratora baş komandir, gənc saray əyanı Nakayama Todamitsu isə nominal lider idi.[1] Bir çox ronin, eləcə də, yerli samuray bu hərəkata qoşulmuşdu.[1] 29 sentyabrda qrup şoqunluq intendantının Qoco şəhərində yerləşən ofisinə hücum edərək onu və müavinlərini öldürmüşdür.[1] Vergi güzəşti olacağına inanan yerli kəndlilər də insidentə qatılmışdır.[1] Lakin 30 sentyabrda baş verən hərbi çevriliş zamanı ekstremist qüvvələr Kiotodan qovulmuş və şoqunluq üsyanı yatırmaq üçün ordu göndərmişdir.[1] Yoşimura döyüşdə yaralanmış və intihar etmişdir.[1] Nakayama və bir neçə iştirakçı isə Çoşuya qaçmışdırlar.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.