Tenpyo mədəniyyəti
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Tenpyo mədəniyyəti (天平文化, Tenpyo bunka?) – Nara dövrünün Tenpyo erasını əhatə edən Yaponiya mədəniyyəti.[1] Bu mədəniyyət dövrü 729-49-cu illəri əhatə edir və İmperator Şomunun hakimiyyət illəri ilə (724-749) üst-üstə düşür.[1] Bu dövrdə Çindən götürülmüş ritsuryo hökumət sistemi daha da inkişaf etmiş, Çinə göndərilmiş missiyalar sayəsində Yaponiya Tan sülaləsinin kosmopolitan mədəniyyəti ilə tanış olmuşdur.[1]
İmperator Şomunun başçılığı altında buddizm Yaponiyanın milli dini elan edilmiş və ölkədə bir çox məbəd tikilmişdir.[1] Nara şəhərində yerləşən Today məbədi Yaponiyanın baş məbədi elan edilmişdir.[1] Horyu məbədində yerləşən Oktaqonal zal və Yeni Yakuşi məbədində yerləşən əsas zal kimi buddizm tikililəri, Kofuku məbədində yerləşən buddizm heykəlləri, Yakuşi məbədində yerləşən Kiçicoten kimi buddizm rəsmləri və digər buddist əsərlər Tenpyo mədəniyyətinə aid edilir.[1]
Bu dövrdə heykəltəraşlıq sahəsində gil və quru lakdan da istifadə olunmağa başlanmış, yeni heyəltəraşlıq texnikaları yaranmışdır.[1] Tenpyo mədəniyyətinə aid minlərlə yazı Today məbədində yerləşən Şosoin anbarında saxlanılmışdır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.