Tektonik plitələr
From Wikipedia, the free encyclopedia
Tektonik plitələr (lat. tectonicus, q.yun. τεκτονικός)[1] Yer Kürəsinin litosferində baş verən geniş-miqyaslı yerdəyişmələri izah edən elmi nəzəriyyədir. Bu model iyirminci əsrin əvvəllərində inkişaf etdirilmiş qitələrin hərəkəti modeli üzərində qurulub. Bu ideya elmi cəmiyyətlər tərəfindən dənizdabanının genişlənmə(ing. seafloor spreading) konsepsiyasının inkişaf etdirilməsindən sonra,1950-ci illərin sonu,1960-cı illərin əvvəllərində qəbul edilməyə başladı.
Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Litosfer tektonik plitələrə bölünüb. Yer Kürəsində 7 və ya 8 böyük (plitələrin necə tərif edilməsindən asılı olaraq) və bir çox kiçik plitə mövcuddur. Plitələrin qarşılaşdığı ərazilərdə onların nisbi hərəkəti sərhədlərin xarakterini müəyyən edir: konvergent, divergent və ya transform sərhədlər. Zəlzələlər, vulkanik aktivlik, dağların əmələ gəlməsi kimi hadisələr məhz plitələrin görüşdüyü bu ərazilədə baş verir. Plitələrin nisbi sürəti il ərzində 0 mm.-dən 100 mm.-ə qədər dəyişə bilir.[2]
Tektonik plitələr okeanik litosfer təbəqəsindən və daha qalın kontinental litosfer təbəqəsindən əmələ gəlir. Konvergent sərhədlərdə subduksiya plitələri mantiyaya yönəldir, material itkisi isə yeni okeanik təbəqənin əmələ gəlməsi ilə kompensasiya edilir. Bununla yerin ümumi səthi eyni olaraq qalır.[3]