From Wikipedia, the free encyclopedia
Tatami (畳胴具足?) və ya tatami gusoku (畳む, "Tatami" - "qatlamaq", "gusoku" - "zireh"?) — feodal Yaponiya dövründə samuray zümrəsinə daxil olan şəxslərin və onların əsgərləri olan aşiqarular tərəfindən istifadə olunmuş yüngül büküləbilən zireh.[1] Tatami do (bükülən zireh) və ya tatami katabira (zirehli jaket) tatami zirehi komplektinin əsas komponentləri idi.[2]
Tatami gusoku (bükülən zirehin tam komplekti) tatami do və ya tatami katabiradan (jaket), tatami kabuto (kask), çoçin kabuto, tatami zukin (başlıq) və ya başqa növ baş qoruyucularından və yapon zirehlərinə xas olan digər hissələrdən ibarətdir.[3] Söküləbilən haçi gane kimi qoruyucu başlıq və ənənəvi kabuto da tatami gusokunun hissələridir.[4]
Tatami zirehi yüngül, portativ, daşınma üçün rahatdır, aşiqarular üçün hazırlanması ucuz başa gəlir.[5] Tatami zirehi ən aşağı sinfə mənsub olan samuraylardan tutmuş ən yüksək sinfə mənsub olan samuraylara qədər bütün samuraylar tərəfindən geyinilmişdir. Lakin yüksək sinfə mənsub samuraylar bu zirehin daha inkişaf etdirilmiş versiyasını geyindikləri halda, aşağı sinfə mənsub olan samuraylar və xidmətçilər daha sadə versiyasından istifadə etmişdirlər.[6]
"Samurayın silahı və zirehi: Qədim Yaponiyada silahların tarixi" kitabında İan Bottomley karuta tatami do və karuta tatami kabuto (88-ci səhifə) haqqında məlumat vermiş,[7] kitabın 91-ci səhifəsində tatami do karuta gane do və kikko gane donun növlərini müzakirə etmişdir. Corc Kameron "Konstruksiya, dekorasiya lüğəti və silah ilə zirehin istifadəsi" adlı kitabının 606-cı səhifəsində kikko tatami zirehini göstərmişdir.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.