Tarutino (Odessa vilayəti)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Tarutino (ukr. Тарутине, rus. Тарутино; keçmişdə – 3 nömrəli kənd, Ançokrak) — Ukraynada şəhər tipli qəsəbə, Odessa vilayətinin Tarutin rayonunun inzibati mərkəzi.
Şəhər tipli qəsəbə | |
Tarutino | |
---|---|
ukr. Тарутине rus. Тарутино | |
46°11′04″ şm. e. 29°08′58″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Vilayət | Odessa |
Rayon | Tarutin |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1814 |
Əvvəlki adları |
Ançokrak 3 nömrəli kənd |
Yaşayış məntəqəsi statuslu | 1957 |
Sahəsi | 3.99 km² |
Mərkəzin hündürlüyü | 84 m |
İqlimi | orta quru-çöl |
Saat qurşağı | UTC+2 , yayda UTC+3 |
Əhalisi | |
Əhalisi | ▼ 5,986[1] nəfər (2017) |
Sıxlığı | 1517,5 nəf./km² |
Milli tərkibi | ukrayın, rus, bolqar, moldovan, qaqauz, alman, yəhudi |
Rəsmi dili | ukrayn dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +380 4847 |
Poçt indeksi | 68502 |
Nəqliyyat kodları | BH, НН / 16 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarutinonun əsası 1814-cü ildə Ançokrak adı ilə qoyulmuşdur. Qəsəbənin adı Kaluqa vilayətiinin Tarutino kəndinin yaxınlıqlarında baş vermiş Tarutino döyüşündən gəlir. Bu döyüşdə Rusiya İmperator Ordusu I Napoleonnu məğlub etmişdir.
Tarutinonun əsası alman və polyak köçkünlər tərəfindən 1814-cü ildə qoyulmuşdur. Rusiyanın 1853–1856-cı illərdə baş verən Krım müharibəsindəki məğlubiyyətindən sonra, qəsəbə Moldova knyazlığının nəzarəti altına keçdi. XIX əsrin axırlarında qəsəbə əhalinin əksəriyyəti mahud və tütün fabriklərində işləyən müstəmləkəçilər idi. 1866-cı ildə qəsəbədə iplik və toxuculuq dəyirmanları, eləcə də bir kənd təsərrüfatı üzrə bir maşınqayırma zavodu inşa edilmişdir. 1877–1878-ci illərdə baş verən Rusiya-Osmanlı müharibəsində Rusiya qələbə çalmışdı. Nəticədə Tarutino qəsəbəni Rusiya imperiyasının nəzarətinə keçdi.[2]
XX əsrin əvvəllərində Tarutino sürətlə inkişaf edirdi. Qəsəbədə 2 maşınqayırma zavodu, 2 pivə zavodu və böyük bir parça fabriki tikilmişdi. Qəsəbə Akkerman rayonundakı almanların iqtisadi və mədəni mərkəzi olmuşdu. 1904-cü ildə 4 minlik əhaliyə sahib olan qəsəbənin 3 mini almanlardan ibarət idi.
Birinci Dünya müharibəsində hərbi əmrləri yerinə yetirməyən müəssisələrin bağlanmasına qərar verilmiş, nəticədə qəsəbədə işsizlik dərəcəsi artmışdı. Səfərbərliyin elan edilməsi vəziyyəti daha da pisləşdirmişdir. 1918-ci ilin əvvəllərində Rumıniya Bessarabiya regionunu işğal etmişdi. 1940-cı ilin yazında SSRİ-nin Bessarabiyanı ilhaq etməsindən sonra qəsəbədə yaşayan almanların demək olar ki, hamısı Faşist Almaniyasına köçmüşdür. Bu dövrdə qəsəbəyə çoxlu ukraynalı gəlmişdir. 22 iyul 1941–22 avqust 1944 tarixləri arasında, İkinci Dünya müharibəsi dövründə Tarutino Vermaxt qoşunları əsgərləri tərəfindən işğal edilmişdir.
2016-cı ilin fevral ayında qəsəbədə yerləşən Lenin heykəli sökülmüşdür.[3]
Tarutino tarixi Bessarabiya regionun cənubunda (Bucak), Moldova yaylasının üzərində yerləşir. Qəsəbədən Ançokrak çayı keçir. Qəsəbənin yerləşdiyi ərazidə orta və aşağı dərəcəli humuslu qara torpaqlar üstünlük təşkil edir. Qəsəbə çöl zonasında yerləşir.
Qəsəbə Berezino dəmiryol stansiyasından 7 km, Odessa şəhərindən isə 198 km uzaqlıqda yerləşir.
Qəsəbənin 8 min nəfərlik bir əhalisi var. Qəsəbədə ukraynalılar, ruslar, bolqarlar, moldovanlar, qaqauzlar, almanlar, yəhudilər və digər millətlərin nümayəndələri yaşayır. 1827-ci ildə qəsəbədə neçə nəfərin yaşadığı naməlum olsa da, 678 almanın və 248 polyakın yaşadığı məlumdur. 1875-ci ildə qəsəbədə 3,642 nəfər yaşayırdı. 1904-cü ildə qəsəbədə 4,270 nəfər yaşayırdı. Onların 3 mini alman, 1,020-i yəhudi idi. 1966-cı ildə qəsəbədə 4 min nəfər yaşayırdı. 2001-ci ildə qəsəbədə 6 min nəfər yaşayırdı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.