Yaponiyada uşaq sürüşkəni növü From Wikipedia, the free encyclopedia
Tako-no-yama (タコの山?, hərf. "səkkizayaqlı dağı") və ya səkkizayaqlı sürüşkəni – Yaponiyada geniş yayılmış, səkkizayaqlı görünüşündə olan uşaq sürüşkəni növü. 1960-cı illərdə "Maeda" şirkəti tərəfindən populyarlaşdırılmış tako-no-yamalar Tokiodan bütün Yaponiyaya yayılmış, hətta Kopenhagen şəhərində quraşdırılmışdır.
İlk tako-no-yamanın hansı parkda quraşdırıldığı mübahisə mövzusu olsa da, ən populyar fikrə əsasən ilk tako-no-yama 1965-ci ildə Tokionun Adaçi rayonundakı Şin-Nişiaray parkında quraşdırılmışdır: park üzərində işləyən bir heykəltaraşın abstrakt oyun meydançası layihəsi şəhər şurası tərəfindən əvvəlcə rədd edilsə də, səkkizayaqlı mövzusunu əlavə etdikdən sonra qəbul edilmişdir. Şin-Nişiaray ölkədəki ən köhnə səkkizayaqlı sürüşkəni hesab olunur. Bu sürüşkən hazırda kosmos mövzusunda bəzədilmiş və bir dizayn müsabiqəsinin qalibi olmuşdur.[1]
Digər nəzəriyyəyə görə isə səkkizayaqlı sürüşkənləri Şin-Nişiaray parkında olan sürüşkən yox, Şinaqava rayonunda yerləşən Şinmey uşaq parkındakı sürüşkənlər sayəsində populyar olmuşdur. Bu sürüşkənlər də 1968-ci ildə "Maeda" tərəfindən quraşdırılmışdır. Bu parkdakı iki sürüşkəndən ancaq biri salamat qalmışdır və hazırda başqa parkda yerləşir.[1]
2019-cu ildə "Maeda" şirkəti tako-no-yamaların müəllif hüquqlarının özlərinə aid olduğunu bildirirək iki tako-no-yama quraşdırmış "Ans" şirkətini məhkəməyə vermiş və 4,32 milyon yen məbləğində təzminat tələb etmişdir. 2022-ci ildə Ali Məhkəmə onların tələbini qəbul etməmişdir.[2]
İndiyə qədər "Maeda" şirkəti tərəfindən Yaponiyada 260-dan çox tako-no-yama quraşdırılmışdır. Tako-no-yamaların bir neçə növü mövcuddur. Məsələn, kiçikölçülü olan növü "minisəkkizayaqlı" adlanır.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.