Takeşima Fentezi Muzeyi

From Wikipedia, the free encyclopedia

Takeşima Fentezi Muzeyimap

Takeşima Fentezi Muzeyi (竹島ファンタジー館, Takeşima fantaciikan?)Yaponiyanın Ayçi prefekturasının Qamaqori şəhərində yerləşən muzey.

Cəld faktlar Açılış tarixi, Ölkə ...
Takeşima Fentezi Muzeyi
Takeşima fantaciikan (竹島ファンタジー館?)
Thumb
Thumb
Açılış tarixi 1983
2014 (yeni)
Ölkə
Yerləşir Qamaqori,  Ayçi prefekturası
Kolleksiyası balıqqulaqları
34°48′52″ şm. e. 137°14′20″ ş. u.HGYO
fantasykan.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarixi

Muzeyinin əsası 1983-cü ildə Yaponiyanın Qamaqori şəhərində qoyulmuş və ilk adı Qamaqori Fentezi Evi olmuşdur.[1] Bu muzey 2010-cu ildə bağlanmış, 2014-cü ildə Takeşima Fentezi Muzeyi adı ilə yenidən açılmışdır.[1]

Haqqında

Muzey balıqqulaqları ilə bəzədilmiş tavan dekorasiyaları, LED işıqlandırmalar, güzgülər və fentezi musiqisi ilə əhatə olunmuş, sürreal fentezi dünyası yaradılmağa çalışılmışdır.[2] Muzeydə dünyanın 110 müxtəlif yerindən toplanmış 55 milyondan çox balıqqulağı nümayiş etdirilir.[3]

Muzey əsasən uşaqlar üçün nəzərdə tutulub. Ziyarətçilər otaqların ekranlarında Mizella və Qamaqo adlı personajlarla qarşılaşırlar.[2] Muzeyin qabıqlarla bəzədilmiş tunellərindən keçdikdən sonra balıqqulaqlarından hazırlanmış qəsr, dəniz qızı, şahzadə, əjdaha, gəmi, meduza heykəlləri ilə qarşılaşmaq olar.[3] Burada keçirilən müsabiqədə kiçik mükafat qazanmaq mümkündür.[2]

Fentezi turunun sonunda şüşə qabların içərisində balıqqulaqlarının olduğu kiçik bölmə yerləşir.[2] Muzeyin mağazasında balıqqulaqlarından hazırlanmış buketlər satılır.[2]

Qalereya

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.