From Wikipedia, the free encyclopedia
Takaşi Kimura (木村敬, Kimura Takaşi?, 21 may 1974, Tokio) – Yaponiya siyasətçisi. 2024-cü ildə Kumamoto prefekturasının qubernatoru seçilmişdir. Liberal Demokrat Partiyasının üzvüdür.
21 may 1974-cü ildə Tokioda doğulmuşdur. 1981-ci ildə ibtidai məktəbdə oxumağa başlamışdır. 1987-ci ildə liseyə keçmişdir. 1994–1999-cu illərdə Tokio Universitetinin hüquq fakültəsində təhsil almışdır.[1]
Tokio Universitetindən məzun olduqdan sonra Daxil İşlər və Kommunikasiyalar Nazirliyinə daxil olmuş və Okayama prefekturasında işləməyə başlamışdır. 2004-cü ildə Tottori prefekturasına təyin olunmuşdur. 2012-ci ilin iyulunda Kumamoto prefekturasının hökumətində fəaliyyət göstəməyə başlamışdır. 2016-cı ildə Daxil İşlər və Kommunikasiyalar Nazirliyindəki vəzifəsinə qayıtmış, Kumamoto zəlzələsinin fəsadlarını aradan qaldırmaq üçün dəstək göstərmişdir.[1]
2020-ci ilin oktyabrında Kumamoto prefekturasının vitse-qubernatoru təyin olunmuşdur.[1] Bu vəzifəni yetirərkən prefekturada rifah xidmətlərinin inkişafı üçün işlər görmüş, Tayvanın "TSMC" şirkəti ilə əməkdaşlıq etmişdir. 24 mart 2024-cü ildə Kumamotoda keçirilmiş qubernatorluq seçkilərində iştirak etmiş, Kumamoto şəhərinin meri olan Seyşi Koyama kimi rəqibləri qabaqlayaraq yeni qubernator seçilmişdir. O, Kumamoto prefekturasının son 16 ildəki ilk yeni qubernatoru olmuşdur.[2]
1999-cu ildə Okayamada işləyərkən məktəb müəllimi olan gələcək həyat yoldaşı ilə tanış olmuş və 2002-ci ildə onunla evlənmişdir. Həyat yoldaşı hazırda Kumamoto prefekturasında yerləşən özəl liseydə dərs deyir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.