From Wikipedia, the free encyclopedia
Takamine Cokiçi (高峰 譲吉?, 3 noyabr 1854[1][2][…], Takaoka[d], Toyama prefekturası – 22 iyul 1922[1][3], Nyu-York, Nyu-York ştatı[4]) – Yaponiya kimyaçısı, adrenalini saf şəkildə ayıra bilmiş ilk şəxs.[5] "Yaponiyanın Tomas Edisonu" və "Yaponiyanın Pasteri" ləqəbləri ilə tanınır.[5] ABŞ biotexnologiyasının qurucularından biri hesab olunur.[5]
Takamine Cokiçi 3 noyabr 1854-cü ildə Yaponiyanın qərb sahilində yerləşən bir qəsəbədə doğulmuşdur.[5] 1866-cı ildə Qərb elmlərini öyrənməyə başlamış, 1878-ci ildə Yaponiya hökumətinin dəstəyi ilə Qlazqo Universitetində təhsil almaq hüququ qazanmışdır.[5] Yaponiyaya qayıtdıqdan sonra Yaponiya Kənd Təsərrüfatı və Ticarət Departamentində işləməyə başlamışdır.[5]
1884-cü ildə Nyu-Orleanda keçirilən Pambıq sərgisində iştirak etmək üçün seçilmişdir.[5] Nyu-Orlean qaldığı evin sahibinin qızı Karolina Fild Hitçlə tanış olmuş və onunla evlənmişdir.[5] Balayı üçün getdiyi Cənubi Karolinada gübrə zavodlarını, Vaşinqtonda isə patent hüququnu öyrənmişdir.[5]
Takamine Yaponiyaya qayıdandan sonra hökumətin dəstəyi ilə Tokio Süni Gübrə Şirkətini qurmuşdur.[5] O, ABŞ-yə qayıtmaq istəsə də, oradakı gübrə istehsalı ilə rəqabət edə bilməyəcəyini düşünüb enzimologiya sahəsinə yönəlmişdir.[5] 1890-ci ildə Çikaqoya köçərək bir içki zavodunda tədqiqatçı kimi işləməyə başlamış, burada süni göbələk kulturu metodu ilə distillə prosesini sürətləndirməyi bacarmış və "Bonzay" adlı viski növü yaratmışdır.[5][6]
1894-cü ildə ABŞ-də ilk mikrobial ferment patentini almışdır.[5] O, Nyu-Cersi ştatının Klifton şəhərində Takamine Tədqiqat Mərkəzini yaratmış və burada həzm dərmanı kimi istifadə olunan takadiastazanı almışdır.[6] "Parke-Davis" şirkəti tərəfindən satılan bu dərman uğurlu olduqdan sonra Takamine şirkətin məsləhətçisi kimi işləməyə başlamışdır.[5]
1898-ci ildə Nyu-York şəhərinə köçərək burada müstəqil laboratoriya qurmuşdur.[5] 1901-ci ildə köməkçisi Keyzo Uenaka ilə birlikdə adrenalin hormonunu saf çəkildə ayırmış, beləliklə, hormon ayıra bilmiş ilk kimyaçı olmuşdur.[5] Adrenalin və takadiastazadan əldə etdiyi gəlir sayəsində Yaponiyada bir, ABŞ-də iki şirkət qurmuşdur.[5]
Takamine ABŞ–Yaponiya əlaqələrinin inkişafında da töhfələr vermişdir.[5] 1905-ci ildə Nippon klubunun qurucu üzvü, 1907-ci ildə Manhettendə Yaponiya Cəmiyyətinin vitse-prezidenti olmuşdur.[6] O, Nyu-York Yapon Assosiasiyasının qurucusu olmuş və dörd dəfə prezidenti seçilmişdir.[6]
1909-cu ildə Vaşinqtonda Potomak çayı ətrafındakı bölgənin ABŞ-nin birinci xanımı Helen Herron Taft tərəfindən abadlaşdırdığını öyrənən Takamine ona Tokiodan gətirilmiş 2000 sakura ağacı hədiyyə etmişdir.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.