![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f6/XXI._Istanbul_Gay_Parade_Pride_-_Peace_Tower.jpg/640px-XXI._Istanbul_Gay_Parade_Pride_-_Peace_Tower.jpg&w=640&q=50)
Türkiyədə LGBT hüquqları
From Wikipedia, the free encyclopedia
Türkiyədə lezbiyan, gey, biseksual və transgender (LGBT) insanlar ölkənin qeyri-LGBT sakinlərinin yaşamadığı hüquqi problemlərlə üzləşirlər. Buna baxmayaraq, Türkiyədə LGBT insanlar üçün ümumi abu-hava müsəlman ölkələrinin əksəriyyəti ilə müqayisədə daha az repressiv hesab olunur.[1]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f6/XXI._Istanbul_Gay_Parade_Pride_-_Peace_Tower.jpg/640px-XXI._Istanbul_Gay_Parade_Pride_-_Peace_Tower.jpg)
1858-ci ildə Osmanlı imperiyası homoseksuallığı, sodomiyanı və köçəkliyi (gənc kölə rəqqaslar) cinayət hesab edən heç bir açıq-aşkar maddələri özündə əks etdirməyən yeni cəza məcəlləsini qəbul etmişdir. 1858-ci il Osmanlı Cəza Qanunu "Tənzimat" dövründə daha geniş islahatların bir hissəsi olaraq Napoleon məcəlləsindən çox təsirlənmişdi.[2] LGBT fərdlərin 1951-ci ildən Cenevrə Konvensiyasına əsasən Türkiyədə sığınacaq axtarmaq hüququ var,[3] lakin eynicinsli cütlüklərə heteroseksual cütlüklər üçün olan eyni hüquqi müdafiələr verilmir. Transseksuallara 1988-ci ildən qanuni formada cinsini dəyişməyə icazə verilmişdir. Cinsi oriyentasiya, həmçinin gender kimliyi və ya onun ifadə edilməsi ilə bağlı diskriminasiyanın müdafiə edilməsi qanuni olaraq müzakirə edilir, lakin onlar hələ qanunvericilikdə nəzərdə tutulmamışdır.