![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fc/Kurdish_speaking_provinces_in_Turkey.png/640px-Kurdish_speaking_provinces_in_Turkey.png&w=640&q=50)
Türkiyə Kürdüstanı
Türkiyənin Cənub-şərqi Anadolu regionunda, əsasən kürdlərin yaşadığı əraziyə verilən ad / From Wikipedia, the free encyclopedia
Türkiyə Kürdüstanı (kürd. Kurdistana Tirkiyê)[2][3] və ya Şimali Kürdüstan (kürd. کوردستانا باکورئ/Bakurê Kurdistanê)[4] — Türkiyənin Cənub-şərqi Anadolu regionunda, əsasən kürdlərin yaşadığı əraziyə verilən ad.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fc/Kurdish_speaking_provinces_in_Turkey.png/640px-Kurdish_speaking_provinces_in_Turkey.png)
Paris Kürd İnstitutunun təxminlərinə görə, Türkiyədə 20.000.000-a yaxın kürd yaşayır.[5]
Kürdlər Türkiyənin cənub-şərqi ərazilərini Kürdüstanın dörd hissəsindən biri hesab edir. Digərlərinə Rojava və ya Qərbi Kürdüstan (Suriya), Cənubi Kürdüstan (İraq) və Şərqi Kürdüstan (İran) aiddir.[6][7]
Vilayətin idarəedici bir kimliyi yoxdur və Türkiyə dövləti onu izah edərkən "Kürdüstan" sözünü istifadə edilməsini qınayır, rədd edir.
Türkiyə Kürdüstanı termini kürd millətçiliyi ilə əlaqəlidir. Bu isə onu Türkiyə daxilində mübahisəli bir termin edir. Buna görə də, termin birmənalı deyil və mühitindən asılı olaraq, fərqli mənalar verir. Termindən Türkiyənin əhəmiyyətli bir kürd əhalisi olan cənub-şərqi ərazilərinə xitab etmək üçün elmi məqalələrdə və xəbərlərdə istifadə edilir.[8][9][10][11]