Səməndər - Xəzərlərin ilk paytaxtıdır. Ənuşirvan tərəfindən tikilmişdir. Sonralar paytaxt ərəblərin tələbi ilə Volqa çayının mənsəbinə yaxın - İtilə köçürülmüşdür[1] İndiki Mahaçqala şəhərinin yerində olamsı ehtimal edilən şəhər. [2]
M.İ.Artamonov yazır ki, xəzərlərin əzəmətli paytaxtı Varaçan – Bələncər, yaxıd Bulker-Bolqar kimi əraziləri əhatə edirdi və onun əhalisinin əksəriyyəti barsil-bersullardan ibarət idi. Varaçan şəhəri dağıldıqdan sonra paytaxt hunlar ölkəsinin digər hissəsinə – Səməndər şəhərinə köçürüldü [3].
Xəzər xaqanlığının paytaxtı 723-cü ilə kimi Səməndər şəhəri olmuşdu. İslam və erməni müəllifləri Xəzər xaqanlığının paytaxtı Səməndər şəhərinin olduğunu qeyd edirlər.Svetlana Pletnyova Səməndərin Farsсa "ən uzaq qapı" anlamına geldiyini və dolayısıyla şəhərin VI yüzildə İranlılar tərəfindən qurulduğunu yazmıdtır. Halbuki dünyanın bütün nüfuzlu xəzərşünasları bu şəhərin türklər tərəfindən salındığını qeyd edirlər.
Səməndər şəhəri Xəzər-ərəb müharibələrinə səhnə olmuşdu. 732-733-cü illərdə Qazaxda dislokasiya olunan ərəb ordusu xəzərlərə qarşı iki tərəfdən – Dəryal dərəsindən və Dərbənddən hücuma keçdi. Xəzər xaqanı sülh imzalamağı təklif etdi. Bununla kifayətlənməyən ərəb sərkərdəsi Mərvan o dövrlər misli görünməmiş bir ordu yığaraq Xəzəristan üzərinə yenidən hücuma keçdi və hücum zamanı nəinki Xəzər xaqanlığının ürəyi olan Varaçar və Səməndəri tutdu, həmçinin Xəzəristanın yeni paytaxtına (İdilə) qədər irəliliyə bildi. Bu gərgin vəziyyəti görən Xəzər xaqanı paytaxtı qoyub İdil çayı boyunca bu dövrdə onun tabeliyində olan burtasların ərazisinə qaçdı. Mərvan öz süvariləri ilə birgə İdilin sağ sahili ilə irəliləyərək burtaslar ölkəsini darmadağın etdi və 20 mindən artıq ailəni əsir götürdü.
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.