From Wikipedia, the free encyclopedia
Səidə Arif qızı Arifova (13 fevral 1916, Bağçasaray, Tavriya quberniyası[d] – 9 avqust 2007, Simferopol) – İkinci Dünya müharibəsi zamanı yəhudi uşaqları xilas etməsinə görə tanınan Krım tatarı. Arifovanın yəhudiləri xilas etməsinə dair sənədli sübutlar təqdim olunmayıb.
Səidə Arifova | |
---|---|
Doğum tarixi | 13 fevral 1916 |
Doğum yeri |
|
Vəfat tarixi | 9 avqust 2007 (91 yaşında) |
Vəfat yeri |
|
Səidə Arifova 13 fevral 1916-cı ildə Bağçasarayda doğulmuşdur. İkinci Dünya müharibəsi illərində Bağçasarayda yerləşən bir bağçanın rəhbəri olmuşdur. O, bir neçə yəhudi ailənin etnik mənsubiyyəti haqqında yalan məlumat vermiş və onları nasistlər tərəfindən öldürülməkdən xilas etmişdir. Sevastapoldan deportasiya edilmiş Saliyev ailəsinin iki oğlunun yəhudi kimi öldürülməsinin qarşısını almışdır. O, iki qonşusunun yəhudi yox, kəraim olması barədə yalançı şahidlik etmişdir. O, bir çox Krım yəhudisinin qaçmasına kömək etmiş, onlar üçün saxta sənədlər və tibbi sertifikatlar hazırlamışdır.[1]
1943-cü ilin sentyabrında Kerçdəki nasistlərə qarşı partizan müqaviməti məğlub olmuş və nasistlər onların uşaqlarını əsir götürmüşdürlər. Əsasən yəhudilərin çoxluq təşkil etdiyi bu uşaqlar nasistlər tərəfindən Kerçdə yerləşən bir yetimxanaya yerləşdirilmiş və döyüşlərdə canlı qalxan kimi istifadə edilmələri nəzərdə tutulmuşdu. Arifova həmin uşaqların qayğısına qalmış, onlara tatar kimi qələmə vermiş, tatar dilini öyrətmiş, onlara tatar adları vermiş, beləcə, həyatlarını xilas etmişdir. Nasistlər uşaqları Almaniyaya aparmaq istəyəndə Arifova uşaqlarda təhlükəli xəstəliklərin olması barədə tibbi sənəd hazırlatdırmışdır. Nəticədə, uşaqların İsmayıl Qaspıralının keçmiş evinə köçürülməsi barədə qərar verilmişdir.[1]
Şəhərin sovet ordusu tərəfindən azad edilməsindən sonra Arifova və ailəsi digər Krım tatarları kimi Özbəkistanın Səmərqənd regionuna sürgün edilmişdir. Sürgünə göndərilməsinə baxmayaraq xilas etdiyi uşaqların əslində tatar yox, yəhudi olması məlumat vermiş və onların sürgün edilməsinin qarşısını almışdır. Arifova Krıma ancaq yenidənqurma dövründən sonra qayıda bilmişdir. 2007-ci ildə ölmüş, Simferopol şəhərində dəfn olunmuşdur.[1]
Səidə Arifova tərəfindən xilas edilmiş yəhudi uşaqların sayı mübahisəlidir. Bəzi mənbələr 15,[2] bəziləri 88,[3] bəziləri isə 73[1] yəhudini xilas etdiyini bildirmişdir. Bəzi mənbələr Arifovanın Dünya xalqları ədalətlisi adına layiq görüldüyünü qeyd etsə də, onun adı rəsmi siyahıda yoxdur.[4] Sənədli sübutların olmaması, xilas etdiyi şəxslərin naməlum olması səbəbilə Arifovanın hekayəsinin həqiqiliyi şübhəli qəbul olunur.
2017-ci ildə Ahtem Seidablayev tərəfindən çəkilmiş "Yad dua" filmi Səidə Arifovanın yəhudi uşaqları xilas etməsindən bəhs edir. Filmdə Səidə Arifovanı Liliya Yasenko canlandırmışdır.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.