Səhifə ər-Rza
From Wikipedia, the free encyclopedia
Səhifə ər-Rza (ərəb. صَّحِيفَة ٱلرِّضَا, ; hərf. Rzanın səhifələri), həmçinin Səhifət əl-İmam ər-Rza[1][2] ("İmam Rzanın səhifələri") — səkkizinci şiə imamı Əli ibn Musa ər-Rzaya aid edilən və 240 hədisdən ibarət toplu.[3]
Səhifə ər-Rza | |
---|---|
ərəb. صَّحِيفَة ٱلرِّضَا | |
Rzanın səhifələri | |
Müəllif | Əli ər-Rza |
Orijinalın dili | ərəbcə |
Mövzu | islam |
Janr | dini |
Həcmi | 240 hədis |
Əlyazmaları | Bax: #Əlyazmaları |
Orijinalı | bilinmir |
"Rzanın səhifələri" şiə inancının əsas mənbələrindən biridir və İbn Bəbaveyhi və Şeyx Təbərsi kimi şiə alimlərinin diqqətini cəlb etmişdir.[4] Burada müxtəlif mövzularda, o cümlədən Allaha dua. gündə beş vaxt namaz qılmağın və ölülər üçün dua oxumağın əhəmiyyəti, Məhəmmədin əhli-beytinin, möminin, ədəbin, Məhəmməd və Əhməd adlarının, müxtəlif yeməklərin, meyvələrin və məlhəmlərin, ata-anaya sədaqətin, qohumluq əlaqələrinin möhkəmlənməsinin və cihadın fəziləti, fırıldaq, qeybət və ya söz-söhbətə qarşı xəbərdarlıq və digər müxtəlif adət-ənənələr haqqında hədislər var. Məhəmmədin əhli-beytinə aid bölmədə onun on dörd üzvünün hər biri ayrı-ayrılıqda müzakirə edilir.[2]