Səfəvi-Osmanlı müharibəsi (1578–1590)
From Wikipedia, the free encyclopedia
Səfəvi-Osmanlı müharibəsi — 1578–1590-cı illərdə Səfəvilər və Osmanlı imperiyaları arasında baş vermiş müharibə. Müharibə zamanı Səfəvilər bir çox qələbələr qazansalar da, dövlətin daxili vəziyyətində baş verən çəkişmələr Osmanlı İmperiyasının qələbəsinə gətirib çıxardı. Müharibə dörd mərhələdən ibarət olmuşdur.[19]
Səfəvi-Osmanlı müharibəsi | |||
---|---|---|---|
Səfəvi-Osmanlı münasibətləri | |||
| |||
Tarix | 1578–1590 | ||
Yeri | Qafqaz, İkiçayarası, İraq | ||
Səbəbi | Osmanlı sultanı III Muradın Səfəvi torpaqlarını ələ keçirmək istəyi | ||
Nəticəsi |
Osmanlı İmperiyasının qələbəsi
|
||
Ərazi dəyişikliyi |
Ərdəbil, Xalxal, Qaracadağ, Zəncan və Lənkəran istisna olmaqla bütün Səfəvi torpaqlarının Osmanlılara verilməsi
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
İlk mərhələdə Lələ Mustafa Paşanın Qafqaza yürüşü və Çıldır döyüşü baş verir. Bu döyüş Osmanlı qələbəsi ilə başa çatır. İkinci mərhələdə isə Mollahəsənli döyüşü baş tutmuşdur. Bu döyüş Səfəvilərin qələbəsi ilə sona çatdı. Üçüncü mərhələdə isə Məşəl savaşı baş vermişdir. Bu döyüş Osmanlı qələbəsi ilə başa çatmışdır. Müharibənin dördüncü mərhələsində dövlət daxilində olan çəkişmələr, siyasi-iqtisadi münasibətlərin pozulması, araverməyən müharibələr, Osmanlıların Təbriz üzərinə yürüşü, əhalinin göstərdiyi mübarizə öz əksini tapmışdır.[19]
Azərbaycanın şimal qərbində Qanıxçay sahilində — Zaqatala-Balakən ərazisi baş verən döyüşdə Səfəvi qoşunları qalib gəldi. Lakin müharibənin sonrakı döyüşlərində Osmanlılar ardıcıl qələbələr qazanırlar və 1590-cı ildə bağlanan İstanbul sülh sazişi ilə iki dövlətinin müharibələrinin yekun mərhələsi vurulur. İstanbul sülh müqaviləsinə əsasən, Talış bölgəsi istisna olmaqla Bütün Şimali Azərbaycan, Qərbi Azərbaycan, eləcə də Cənubi Azərbaycanın bir hissəsi – Şirvan və Qarabağdan Təbriz və Marağayadək ərazilər Osmanlı dövlətinin nəzarətinə keçib.[19]