Qoca Sənan Paşa
From Wikipedia, the free encyclopedia
Qoca Sənan Paşa (d. 1520 - ö. 3 aprel 1596) - Sultan III Murad və III Mehmed dönəmlərində 5 dəfə - ümumilikdə 8 il 5 ay müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Dörd padşahın dövründə müxtəlif vəzifələrdə xidmət göstərən Sənan Paşa, I Süleyman dönəmində çaşnigarbaşı, Malatya sancaqbəyi, ardından isə Ərzurum və Hələb bəylərbəyi təyin edildi. II Səlim dönəmində isə Misir bəylərbəyi, qübbəaltı vəziri, Yəmən və Tunis Fatehi, III Murad dönəmində isə İran səfəri sərdarı və 1580-ci ildə sədrəzəm təyin olundu.
Qoca Sənan Paşa | |
---|---|
türk. خوجه سنان پاشا | |
Əvvəlki | Lələ Qara Mustafa Paşa |
Sonrakı | Kanijalı Siyavuş Paşa |
15 aprel 1588 – 1 avqust 1591 | |
Əvvəlki | Kanijalı Siyavuş Paşa |
Sonrakı | Sərdar Fərhad Paşa |
28 yanvar 1593 – 16 fevral 1595 | |
Əvvəlki | Kanijalı Siyavuş Paşa |
Sonrakı | Sərdar Fərhad Paşa |
7 iyul 1595 – 19 noyabr 1595 | |
Əvvəlki | Sərdar Fərhad Paşa |
Sonrakı | Təkəli Lələ Mehmed Paşa |
1 dekabr 1595 – 3 aprel 1596 | |
Əvvəlki | Təkəli Lələ Mehmed Paşa |
Sonrakı | Kürəkən İbrahim Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Albaniya |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi lider[d], siyasətçi |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
İsrafçılığın, rüşvətin və yolsuzluğun son həddə çatdığı bir dönəmdə uzun müddət sədarətdə qalan Sənan Paşa Osmanlı tarixinin ən qüdrətli sədrəzəmlərindən biridir. Ancaq buna baxmayaraq bəzi tarixçilərə görə, Sənan Paşanın xidmətləri qədər dövlətə ziyan bir çox qərarları da olmuşdur. Belə ki, 1593 tarixində başlayan və 13 il davam edən Avstriya müharibəsini sırf "Vyana Fatehi" təxəllüsünü almaq məqsədilə başlatdığı qəbul edilir. Rəqibləri Lələ Mustafa Paşa və Fərhad Paşa ilə apardığı siyasi mübarizə o dönəmə damğasını vurmuş, xüsusilə də Fərhad Paşa ilə aralarında gedən mübarizə səbəbilə Osmanlı ordusunda yeniçəri və sipahi qüvvələri arasında parçalanmalar baş verdi.
Vəfatının ardından şəxsi xəzinəsində 600 min qızıl sikkə, milyonlarca gümüş sikkə, sandıqlarla dolu zinət əşyaları, 600 samur kürk aşkara çıxdı.
Ölkənin bir çox yerində inşa etdirdiyi məscidlərlə yanaşı, 3 böyük mədrəsə və memarlıq abidəsi olan Sənan Paşa Köşkünü inşa etdirmişdir. Hal-hazırda Sənan Paşaya aid bütün sənədlər Topqapı Sarayında Sənan Paşa Arxivində saxlanılır.