![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/64/Dall-e_3_%2528jan_%252724%2529_artificial_intelligence_icon.png/640px-Dall-e_3_%2528jan_%252724%2529_artificial_intelligence_icon.png&w=640&q=50)
Süni ümumi intellekt
From Wikipedia, the free encyclopedia
Süni ümumi intellekt (SÜİ) — ağıllı agentin hipotetik növü.[1] Reallaşdırıldığı təqdirdə, SÜİ insanların və ya heyvanların yerinə yetirə biləcəyi hər hansı bir intellektual tapşırığı yerinə yetirməyi öyrənə bilər.[2][3] Alternativ olaraq, SÜİ iqtisadi cəhətdən dəyərli işlərin əksəriyyətində insan imkanlarını üstələyən avtonom sistem kimi müəyyən edilmişdir.[4] SÜİ yaratmaq bəzi süni intellekt tədqiqatlarının və OpenAI,[5] DeepMind və Anthropic kimi şirkətlərin əsas məqsədidir. SÜİ elmi fantastika və futurologiya tədqiqatlarının ümumi mövzusudur.
SÜİ-nin inkişafı üçün vaxt qrafiki tədqiqatçılar və ekspertlər arasında davamlı müzakirə mövzusu olaraq qalır. Bəziləri bunun illər və ya onilliklər ərzində mümkün ola biləcəyini iddia edir; başqaları bunun bir əsr və ya daha çox çəkə biləcəyini iddia edir; azlıq bir qisim isə buna heç vaxt nail oluna bilməyəcəyinə inanır.[6] SÜİ-nin dəqiq tərifi və GPT-4 kimi müasir böyük dil modellərinin (LLM) SÜİ-nin erkən, lakin natamam formaları olub-olmaması ilə bağlı mübahisələr yaranmışdır.[7]
SÜİ-nin bəşəriyyət üçün təhlükə yaratma potensialı da mübahisə mövzusudur.[1] Məsələn, OpenAI buna ekzistensial risk kimi yanaşır, digərləri isə SÜİ-nin inkişafını riskdən çox uzaq hesab edir.[6][8][9]
2020-ci ildə keçirilən sorğu zamanı 37 ölkəyə yayılmış 72 aktiv SÜİ TƏ-İN layihəsi aşkar edildi.[10]