Sword Art Online seriyalarının siyahısı
From Wikipedia, the free encyclopedia
"Sword Art Online" Reki Kavahara tərəfindən yazılan və abec tərəfindən çəkilən eyniadlı fentezi ranobe seriyası əsasında çəkilmiş anime serialıdır. Anime serialı A-1 Pictures, Genco və SAO Project tərəfindən istehsal olunmuş və Tomohiko İtonun rejissorluğu ilə çəkilmişdir.[1] Serial iki arka bölünmüşdür: Aynkrad və Pəri rəqsi. Anime serialı Sword Art Online (SAO) adlı virtual reallıq dünyasında ilişmiş Kazuto "Kirito" Kiriqaya və Asuna Yuukinin başına gələn hadisələrdən bəhs edir. Onlar oyundan azad olmaq üçün 100 mərtəbəni təmizləməli və final bossu məğlub etməlidirlər.[2][3] Ölüm oyunundan 3 ay sonra Kirito Asunanın bu dəfə SAO-nun xələfi olan və insanların pəri rolunda çıxış etdikləri ALfheim Online (ALO) adlı başqa virtual reallıq oyununda ilişdiyini öyrənir. Kirito oyuna daxil olur və bacısı Suquha "Lifa" Kiriqaya ilə birlikdə Asunanı xilas etməyə çalışır.[4]
![]() Anime serialının posteri. Personajlar: Asuna və Kirito. | |
Ölkə | ![]() |
---|---|
Seriya sayı | 25 |
Orijinal kanal | Tokyo MX |
Orijinal efir | 8 iyul 2012 (2012-07-08) – 23 dekabr 2012 (2012-12-23) |
← Əvvəlki — |
Anime serialı 8 iyul 2012-ci ildən 23 dekabr 2012-ci ilə kimi Tokyo MX kanalında yayımlanmış və 25 seriya davam etmişdir. Daha sonra başqa 12 kanal tərəfindən yayımlanmışdır.[5] Aniplex of Amerika animeni ingilis dilinə dublaj etmiş və 27 iyul 2013-cü ildə Adult Swim-in Toonami blokunda yayımlamağa başlamışdır.[6][7] İlk DVD və BD cildi Yaponiyada 24 oktyabr 2012-ci ildə buraxılmışdır. Son cild isə 26 iyun 2013-cü ildə buraxılmışdır. 9 cildin hamısına "Sword Art Offline" (ソードアート・オフライン, Sōdo Āto Ofurain?) adlı bonus seriyalar əlavə edilmişdir.[8][9][10] Şimali Amerikada Aniplex of Amerika animenin 4 BD/DVD cildini 13 avqust 2013-cü ildə buraxmışdır.[11] Avstralasiya regionunda Madman Entertainment animeni 4 BD/DVD cildi şəklində buraxmışdır.[12] Böyük Britaniyada Manga Entertainment 16 dekabr 2013-cü ildə animenin 4 cildini buraxmışdır.[13][14] Bunlardan əlavə, anime serialı Almaniyada Peppermint Anime, İspaniyada Selecta Vision, Fransada Wakanim, Tayvanda Muse Communication,[15] İtaliyada Dynit tərəfindən buraxılmışdır. "Sword Art Online: Extra Edition" (ソードアート・オンライン Extra Edition, Sōdo Āto Onrain Ekisutora Edikushon?) adlı xüsusi epizod 31 dekabr 2013-cü ildə bütün dünyada buraxılmışdır.[16] İkinci mövsüm – "Sword Art Online II" 2014-cü ilin iyulunda yayımlanmağa başlamışdır.[17]
Anime serialı üçün 5 parça mahnıdan istifadə edilmişdir: 2 açılış mahnısı və 3 bağlanış mahnısı. İlk 14 seriyanın açılış mahnısı LiSA tərəfindən ifa olunan "Crossing Field" mahnısı,[18] bağlanış mahnısı isə Haruka Tomatsu tərəfindən ifa olunan "Yume Sekai" (ユメセカイ?, azərb. Yuxu dünyası) mahnısı olmuşdur.[19] 15-ci seriyadan istifadə olunan ikinci açılış mahnısı Eyr Aoy tərəfindən ifa olunan "Innocence" mahnısı olmuşdur.[20] 15-ci seriyadan 24-cü seriyaya kimi bağlanış mahnısı kimi Luna Harunanın "Overfly" mahnısı istifadə olunmuşdur.[21] Sonuncu seriyada "Crossing Field" bağlanış mahnısı kimi istifadə olunmuşdur. "Extra Edition"-un əsas mahnısı Eyr Aoy tərəfindən ifa olunan "Niji no Oto" (虹の音, azərb. Göy qurşağı səsi?) mahnısıdır.[22] Anime serialının saundtreki Yuki Kaciura tərəfindən bəstələnmişdir. "Sword Art Online: Ordinal Scale" adlı anime filmi 18 fevral 2017-ci ildə ekranlaşdırılmışdır.