From Wikipedia, the free encyclopedia
Sverre Fen (14 avqust 1924[1][2][…], Konqsberq[d], Buskerud[d][5][6] – 23 fevral 2009[1][3][…], Oslo[7]) — Norveç memarı.
Sverre Fen | |
---|---|
Sverre Fehn | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 avqust 1924[1][2][…] |
Doğum yeri | Konqsberq, Buskerud, Norveç |
Vəfat tarixi | 23 fevral 2009[1][3][…] (85 yaşında) |
Vəfat yeri | Oslo, Norveç |
Vətəndaşlığı | Norveç |
Təhsili |
|
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Oslo[4] |
Əsas tikililəri | Norveç Buz Muzeyi |
Mükafatları |
(1997); Henrik Tessenov Qızıl Medalı |
Vikianbarda əlaqəli mediafayllar |
Sverre Fen Norveçin Buskerud bölgəsində yerləşən Konqsberq şəhərində anadan olub. İkinci dünya müharibəsindən sonra Osloda aldığı memarlıq təhsilindən sonra Norveçin əsas memarlarından birinə çevrilmişdir.
1952-1953-cü illərdə Mərakeşdə olduğu zamanlarda bu ölkənin memarlığını öyrəndi.Bu dövrlərdəki memarlıq kəşfləri həyatının qalan hissəsində vacib rol oynamışdır. Daha sonra 2 il Parisdə yaşayan Sverre Fen Jan Pruvun ofisində işlədi. Bu zaman Le Kurbuse ilə tanış oldu. 1954-cü ildə Norveçə qayıdan memar bu zamandan etibarən ofisini açıb layihələrini hazırlamağa başlamışdır.
34 yaşında ikən 1958-ci ildə Brüsseldə keçirilən Ekspo sərgisində məşhurlaşdı. Onun 60-cı illərdəki ən məşhur işi Norveçin Hamar şəhərində yerləşən Hedmarks Muzeyi (1967-1979) idi. Digər maraqlı və məşhur işləri arasında Oslo şəhərindəki Şreyner Evi (1963) və Bambl şəhərində yerləşən Bask Evi (1990) də yer alır. Memarın çox az layihəsi tətbiq edilmişdir.[8]
Sverre Fen 1971-1991-ci illəri arasında Oslo Memarlıq Məktəbində və ABŞ-nin Miçiqan ştatının Blumfild Hills şəhərində yerləşən Kranbruk İncəsənət Akademiyasında dərs vermişdir.
1997-ci ildə Pritsker mükafatına layiq görülmüşdür.[9] Həmçinin Henrik Tessenov Qızıl Medalı ilə mükafatlandırılmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.