Suriya Türkman Ordusu
Suriya türkmanları tərəfindən qurulan hərbi birləşmə / From Wikipedia, the free encyclopedia
Suriya Türkman Ordusu (türk. Suriye Türkmen Tugayları, ərəb. التركمان جيوش سورية), həmçinin Birləşmiş Türkman Ordusu (türk. Birleşik Türkmen Ordusu) — Suriya vətəndaş müharibəsi zamanı Suriya türkmanları tərəfindən qurulan hərbi birləşmə. Suriya Silahlı Qüvvələri, İraq Şam İslam Dövləti (İŞİD) və Suriya Demokratik Qüvvələrinə qarşı vuruşan Suriya türkmanları Məclisinin hərbi qanadını təşkil edən suriyalı türkmanlərdən və türklərdən ibarət qeyri-rəsmi silahlı müxalifət quruluşudur.[4] Suriya müxalifətinə yaxındır və artilleriya və hava dəstəyi ilə birlikdə maliyyə və hərbi təlim keçən Türkiyə tərəfindən dəstəklənir.[5][6][7] Qruplar islamçılıqdan dünyəvi türk millətçiliyinə qədər geniş bir ideologiyanı təmsil edir.
Suriya Türkman Ordusu | |
---|---|
türk. Suriye Türkmen Tugayları ərəb. التركمان جيوش سورية | |
Yaranma tarixi | 2012 - müasir dövr |
Ölkə | Suriya |
Tabedir |
Suriya türkmanları məclisi ** Suriya Türkman Milli Bloku ** Suriya Demokratik Türkman Hərəkatı |
Sayı | 5000 min nəfər[1] |
Qərargah | Türkman dağları, Latakiya vilayəti |
Rəngləri | Açıq mavi, Ağ, Qırmızı / Bənövşəyi |
Müharibələr | Suriya vətəndaş müharibəsi |
Döyüşlər |
Homs mühasirəsi 2012-ci il Homsa hücum Hələb Döyüşü (2012–2016) Əl-Haffah döyüşü Türkman dağı, Bayırbucak, Salib Türkman uğrunda Latakiya kampaniyası[2] 2014-cü il Latakiya hücum 2015–2016-cı illər Latakiya hücum 2015-ci il Rusiya Suxoy Su-24 vuruşu 2016-cı il Latakiya hücumçuları[3] Fərat Qalxanı əməliyyatı Əl-Ray döyüşü (Avqust 2016) Şimali əl-Bab hücumu (sentyabr 2016) |
Komandanlıq | |
Komandir | Əbu Bəkir Məhəmməd Abbas |
Suriyanın şimalındakı Türkman kəndlərində yaşayan insanlar vətəndas müharibəsi başlayarkən müxalifət tərəfdən döyüşlərə qatıldı.[8] Suriya Türkman Ordusunun sayı on min nəfər civarındadır.[9] Komandiri və qurucusu polkovnik Əbu Bəkir Məhəmməd Abbasdır. Suriya Türkman Ordusu Latakiya, İdlib və Hələbdə aktivdir. Bundan əlavə, Hama, Homs, Kuneytra və Raqqada ərəblərin rəhbərliyi altında müxalifət sıralarında türkman briqadaları mövcuddur.