Türkiyə milliyətçiliyi və ya türk milliyətçiliyi (türk. Türk milliyetçiliği) — türk xalqını milli, etnik və ya dil qrupu olaraq təbliğ edən və şöhrətləndirən siyasi ideologiya.

Thumb
Türkiyə bayrağı.
Thumb
Türkiyə İstiqlaliyyət müharibəsi zamanı İzmirin qurtuluşunun millətçi təcəssümü.

Tarixi

Osmanlı imperiyasının süqutundan sonra Mustafa Kamal Atatürk hakimiyyətə gəlmişdir. O, türk dilini yad təsirdən "təmizləmək" məqsədi ilə dil islahatı həyata keçirmişdir.[1] Atatürk 1935-ci ildən Türkiyənin siyasi və təhsil dairələrində Günəş dil nəzəriyyəsini də təbliğ etmişdir. Hüseyn Cahid Yalçın və Rüfət Osman bəy kimi dövrün türk tədqiqatçıları da erkən şumerlərin prototürk olması fikrini irəli sürmüşlər.[2]

Variantları

Türkiyə milliyətçiliyi ilə əlaqəli ideologiyalar arasında etnik və ya irqi əsasçılıq və ya milli mistisizmin bir forması olan türkçülük və ya turançılıq, türk milliyətçiliyini islam kimliyi ilə birləşdirən türk-islam sintezi, türk millətini XI əsrdə səlcuqluların Anadolunu fəth etməsindən sonra inkişaf etmiş ayrı bir varlıq hesab edən anadoluçuluq və dünyəvi, vətəndaş milliyətçisi kamalçılıq daxildir.[3]

Kamalçılıq

Atatürk tərəfindən həyata keçirilən Türkiyə Respublikasının quruculuq ideologiyasında milliyyətçilik onun altı əsas sütunundan biri kimi göstərilmişdir. 

1930-cu illərdə kamalçılıq onun dedikləri və yazıları əsasında hər şeyi əhatə edən dövlət ideologiyasına çevrilmişdir. Kamalçıların milliyyət tərifi Türkiyə Respublikası Konstitusiyasının 66-cı maddəsinə inteqrasiya edilmişdir. Qanuni olaraq etnik kimliyi və dinindən asılı olmayaraq hər bir vətəndaş türk kimi müəyyən edilir. Türkiyə vətəndaşlığı qanununda göstərilir ki, vətəndaş yalnız vətənə xəyanət etməklə vətəndaşlığından məhrum edilə bilər.[4]

Türkçülük

"Turançı" milliyətçilik 1839-cu ildə qurulan Turan Cəmiyyəti ilə başlamış, 1908-ci ildə Türk ocaqlarına çevrilən Türk Cəmiyyəti ilə davam etmişdir.[5] Bu ideoloji cərəyan nəticədə turançılıqtürkçülük kimi ideologiyaları da əhatə edəcək şəkildə genişlənmişdir. Sultan II Əbdülhəmidi devirən Gənc türklər inqilabı Osmanlı imperiyasında türk milliyətçilərini hakimiyyətə gətirmişdir. Beləliklə, Osmanlı hökuməti üç paşaların nəzarətinə keçmişdir.[6][7]

Anadoluçuluq

Anadoluçuluq (türk. Anadoluculuk) Türkiyə mədəniyyətinin əsas mənbəyinin Anadolu olması lazım olduğunu başlanğıc nöqtəsi kimi götürür. Bu ideologiyanın əsas dayağı Anadolu türklərinin 1071-ci ildə baş tutan Malazgirt döyüşündə qalib gələrək Anadoluda yeni bir sivilizasiya qurmasıdır. 

Erkən cümhuriyyət dövründə Hilmi Ziya Ülkən,[8] Mehmet Raif Oğan[9] və Nurəddin Topçu[10] kimi bəzi ziyalılar türk millətçiliyinin mənşəyinin "Turan"da deyil, Anadoluda axtarılmasını təklif etmişdir.[11]

Türk-islam sintezi

Türk-islam sintezi (türk. Türk-İslam sentezi) türk milliyətçiliyi ilə islamı birləşdirən ifrat sağçı mühafizəkar ideologiyadır.

Bu termin 1972-ci ildə türk-islam sintezini mühafizəkar tarixçi İbrahim Qəfəsoğlu tərəfindən irəli sürülmüşdür. O, bunun kökünü XI əsrdə ilk müsəlman türk sülaləsi olan Qaraxanilərə çıxarmışdır. Qəfəsoğlu türklərin qədim çöl mədəniyyəti ilə islam arasında əlaqəni bir incələşmə prosesi kimi qiymətləndirmişdir. Bu sintez 1970-ci illərdə təsisçisi Qəfəsoğlu olan "Aydınlar ocağı" intellektual klubunda təmsil olunurdu.[12]

1970-ci illərin siyasi cəbhələri arasında qanlı toqquşmalar və 1980-ci ildəki dövlət çevrilişi ilə yaranan qarışıqlıqdan sonra xunta dini fundamentalizmlə bağlı qeyd-şərtlərə baxmayaraq, nizam və birliyi bərpa etmək üçün islami-mühafizəkar ideya və dəyərlərindən istifadə etməyə cəhd göstərmişdir.[13] 1980-ci il çevrilişindən sonra hərbi diktatura rəsmi dövlət ideologiyası olaraq türkçülük,[14] türk-islam sintezi və kamalçılığın birləşməsini yaratmışdır.[15]

Kipr türk milliyətçiliyi

Kipr türk milliyətçiliyi Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinə dəstəyi vurğulayır, yunanların dominantlıq etdiyi Kipr Respublikası ilə birləşmiş Kipr ideyasına qarşı çıxır, ŞKTR-nin Türkiyədən müstəqil qalmasını arzulayır.[16]

Mənbə

Əlavə ədəbiyyat

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.