Sunja rayonu (İnquşetiya)
İnquşetiyada rayon From Wikipedia, the free encyclopedia
İnquşetiyada rayon From Wikipedia, the free encyclopedia
Sunja rayonu (inquş Шолж район) — Rusiya Federasiyası, İnquşetiya Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Sunja şəhəridir (2016-ci ilə qədər Orjonikidze adlanırdı), 2016-cı ildən rayonun tərkibinə daxil deyildir.
Rayon İnquşetiya Respublikasının mərkəzi və şərq hissəsində yerləşir. Şimal-qərbdən Malqobek rayonu, qərbdən Nazran və Şimali Osetiyaya daxil olan Priqorodnı rayonu, cənubdan Ceyrax rayonu, şərqdən isə Çeçenistanın bir neçə rayonu ilə həmsərhəddir.
1860-1920-ci illərdə müasir rayonun ərazisi Terek vilayətinin bir hissəsi idi. 1920-ci ildə Sunja kazak dairəsi və İnquş Muxtar Vilayəti (indiki İnquşetiyanın Sunja rayonunun ərazisi) Dağlı MSSR-nin tərkib hissəsi oldu.
1929-cu ildə Sunja kazak rayonu ləğv edildi və onun cənub hissəsi Çeçen Muxtar Vilayətinin tərkibinə daxil edildi. 1934-cü ildə Çeçen Muxtar Vilayəti ilə İnquşetiya Muxtar Vilayətləri birləşdirildi və Çeçen-İnquş Muxtar vilayəti adlandırıldı (1936-cı ildən Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası). Sunja rayonu isə bu vilayətin bir rayonuna çevrildi.
Qroznı vilayətinin mövcudluğu dövründə (1944-1957) onun bir hissəsi idi və digər respublikalara verilməmişdi. 1957-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa olunandan sonra onun tərkibinə daxil olur. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Sunja rayonu 1992-ci ilə qədər mövcudluğunu qorumuşdur. Rayon İnquşetiyanın bir hissəsi olaraq hazırkı formada, 1992-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Çeçenistan və İnquşetiya respublikalarına ayrılmasından sonra formalaşmışdır.
2003-cü ilin martında Çeçenistanda Respublika konstitusiyasının qəbulu ilə bağlı keçirilən referendumdan bir müddət əvvəl Sunja rayonu konstitusiya layihəsində adı şəkildi. Referendumdan iki həftə əvvəl Çeçenistan Prezidenti Əhməd Kadırov İnquşetiya Prezidenti Murat Zyazikov ilə görüşdü. İnquş tərəfi Sunja rayonunun Çeçenistan Respublikasının inzibati bölgələri siyahısından çıxarılmasında təkid etdi. Ancaq Kadırov bununla razılaşmadı və Çeçenistan Konstitusiyasında Sunja rayonunun qeyd edilməsi saxlanıldı. Bununla belə Çeçenistan və İnquşetiya liderləri respublikalar arasındakı mövcud sərhədi müvəqqəti saxlamağa razı oldular. 10 mart 2003-cü ildə Çeçenistan administrasiyasının rəhbəri Əhməd Kadırov və İnquşetiya prezidenti Murat Zyazikov, Çeçenistan Respublikasında iki yaşayış məntəqəsini, Sernovodskoye və Assinovskaya olan Sunja rayonunu ehtiva edən bir protokol imzaladılar.
25 noyabr 2016-cı ildə şəhər tipli Sunja qəsəbəsi şəhər dairəsinə çevrilərək rayonun tərkibindən çıxarıldı[4][5]
2002 və 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.