![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0b/Sultangazi_2012_February_Snow_Day_-_panoramio.jpg/640px-Sultangazi_2012_February_Snow_Day_-_panoramio.jpg&w=640&q=50)
Sultanqazi
From Wikipedia, the free encyclopedia
Sultanqazi (türk. Sultangazi) — İstanbul ilinin ilçəsi. 2008-ci ildə 14 Qaziosmanpaşa və Əyyubsultan və Əsənlər ilçələrindən olan məhəllələrin iştirakı ilə qurulmuşdur.
Sultanqazi | |
---|---|
![]() | |
41°06′13″ şm. e. 28°52′19″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 2008 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 50 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 212 |
Poçt indeksi | 34000–34099 |
Nəqliyyat kodu | 34 |
Digər | |
sultangazi.gov.tr | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Dənizdən 50 metr yüksəklikdə olan və sahəsi 36 km² olan rayon şərqdə Əyyubsultan, qərbdə Əsənlər, cənubda Qaziosmanpaşa və şimal-qərbdən Başaqşəhər ilə həmsərhəddir. İlçə, sahəsinə İstanbul ilçələri arasında 19-cu yerdədir.
16 məhəllədən ibarət olan ərazidə Əlibəy bəndi, Cebeci ocaqları və bir neçə kiçik çay yer alır. Əlibəy bəndi 1975-1983-cü illər arasında istifadə və sənaye su təchizatı məqsədilə inşa edilmiş və hələ də Avropa tərəfinin əhəmiyyətli bir hissəsinin içməli suya olan tələbatını ödəyir. Saxsı gövdə doldurma növü olan bəndin həcmi 1.930.000 m³, çay yatağından hündürlüyü 30.00 m, normal su səviyyəsində gölün həcmi 66.80 hm³, normal su səviyyəsində olan göl 4.66 km-dir. İldə 39 hm³ içməli su təmin edir. Üzərində əyləncəli balıqçılıq və su idmanı fəaliyyətləri həyata keçirilir və ətrafı qorunan meşəlik ərazisi ilə ilçənin sakitçilik ehtiyaclarını ödəyir. İlçənin sərhədləri daxilində bir ali təhsil qurumu da vardır (Bezmiâlem Vakıf Universiteti İlhan Varank Kampusu).[1]