From Wikipedia, the free encyclopedia
Sui-qəsd sinfi (yap. 映画 暗殺教室) — 2015-ci il istehsalı Yaponiya döyüş-komediya filmi. Eyiçiro Hasuminin rejissoru olduğu film Yuusey Matsuinin "Assassination Classroom" adlı manqa seriyası əsasında çəkilmişdir.[1] Yaponiyada 21 mart 2015-ci ildə ekranlaşdırılmışdır.[2] Davam filmi "Sui-qəsd sinfi: Məzuniyyət" 2016-cı ildə yayımlanmışdır.
Sui-qəsd sinfi | |
---|---|
yap. 映画 暗殺教室 | |
| |
Janr | elmi-fantastika filmi |
Rejissor | Eyiçiro Hasumi |
Prodüser | Cuyçi Uehara |
Əsərin müəllifi | Assassination Classroom (Yuusey Matsui) |
Ssenari müəllifi | Tatsuya Kanazava (ssenari) Yuusey Matsui (manqa) |
Baş rollarda | Okuma Anmi, Vakana Aoy, Şota Aray |
Bəstəkar | Naoki Sato |
İstehsalçı | Toho |
Distribütor | Toho[d] |
İlk baxış tarixi | 21 mart 2015 |
Müddət | 110 dəq. |
Ölkə | Yaponiya |
Dil | yapon dili |
İl | 2015 |
Sonrakı film | Sui-qəsd sinfi: Məzuniyyət |
Rəng | rəngli |
IMDb | ID3853452 |
Filmin hekayəsi manqanın ilk bir neçə cildini ələ alır. Səkkizayağa bənzər qəribə məxluq bir il ərzində Yeri məhv edəcəyini bildirir. Lakin bəşəriyyətin cəmi bir şansı var: bu məxluq Kunuqiqaoka məktəbinin 3-E sinfində müəllim olur, şagirdlərini isə onu öldürməklə vəzifləndirir.
Filmin çəkilişlərinə 31 avqust 2014-cü ildə başlanılmışdır.[3]
Yaponiyada 21 mart 2015-ci ildə yayımlanmışdır.[4] ABŞ-da isə ilk dəfə 2015-ci ilin sentyabrında "Austin Fantastic Fest" tədbirində nümayiş etdirilmişdir.[5]
Film ilk həftəsində 313 ekranda nümayiş etdirələrək 3,42 milyon $ gəlir əldə etmişdir.[6] Nəhayətdə təkcə Yaponiyada əldə etdiyi gəlir 20 milyon $-dan çoxdur.[7]
Film School Rejects bloqu filmə B+ dərəcəsi vermişdir və rəyində bunları bildirmişdir: ""Sui-qəsd sinfi" mükəmməl partlayışdır. Sadəcə gülməli qurmasını yaşatmır, həm də onunla səmimi nəsə edir".[8] We Got This Covered filmə 5 üzərindən 3,5 xal vermişdir: "Film ürəkaçan J-pop iğtişaşıdır. Bəşəriyyəti məhv etməyi planlaşdıran yadplanetli müəllimdən və onu məzuniyyətdən öncə öldürməli olan uğursuzlar sinfindən bəhs edir".[9] Twitch Film qeyd etmişdir: "Bu, qayğısız və yaxşı hiss yaradan Yaponiya filmi idi. Mən bütün festival boyunca bunu gözləyirdim".[10]
Filmin davam filmi "Sui-qəsd sinfi: Məzuniyyət" 25 mart 2016-cı ildə ekranlaşdırılmışdır.[11][12]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.