From Wikipedia, the free encyclopedia
Sudan keçi ilə evlilik insidenti — 2006-cı ildə Sudanda Çarlz Tombe adlı şəxsin sekslə məşğul olduğu keçi ilə evlənməyə məcbur edildiyi hadisə. Hadisə bir sıra kütləvi informasiya vasitələrinin diqqətini çəkmişdir.
2006-cı ildə cənubi sudanlı Çarlz Tombe adlı bir kişi Cuba şəhərinin Hay Malakal bölgəsində bir keçi ilə seks fəaliyyəti ilə məşğul olarkən yaxalanmışdır.[1] Keçinin sahibi təqsirkarı tutmuş və məsələyə baxılması üçün kənd böyüklərinə müraciət etmişdir. Ağsaqqalların birinin qeydinə görə keçinin sahibi təqsirkarı keçi tövləsinin qapısına bağlamışdır.[2] Ağsaqqallar keçi sahibinə polisə müraciət etməməyi məsləhət görmüş, təqsirkar keçidən arvadı kimi istifadə etdiyi üçün ona başlıq pulu ödəməli olduğunu bildirmişdirlər. Təqsirkar keçi ilə "evlənməyə", eləcə də, keçinin pulunu və 15.000 Sudan dolları məbləğində başlıq pulunu ödəməyə məcbur edilmişdir.[3][4] Ağsaqqallar müzakirələr zamanı keçiyə zarafatla "Rouz" adını vermişdirlər.[2]
Keçi 3 may 2007-ci ildə plastik torbada boğularaq ölmüşdür.[5] Öləndə 4 aylıq erkək balası var idi.[2] 2013-cü ilin noyabrında Cənubi Sudan Hüquq Cəmiyyəti "bir kişinin Rouz adlı keçinin bəkarətini pozandan sonra onunla evlənməyə məcbur edilməsi" kimi qəribə və qəddar praktikaların ləğv olunması üçün hökumətə müraciət etmişdir.[6]
İlk dəfə 24 fevral 2006-cı ildə BBC saytında yayımlanan hekayə böyük diqqət çəkmiş, bir çox qəzet, bloq və saytlar tərəfindən yenidən yayımlanmışdır.[1][7] Bir ildən sonra belə hadisə BBC-nin elektron poçtla ən çox göndərilən 10 məqaləsindən biri olmuşdur. Hekayə ardıcıl beş gün ərzində 100.000 dəfədən çox, ümumilikdə isə milyonlarla şəxs tərəfindən oxunmuşdur. Hadisənin populyarlığından təəccüblənən BBC bunun bir kampaniya çərçivəsində həyata keçirildiyini düşünsə də, proqram təminatı mühəndisi Qaret Oven bu populyarlığın gerçək olduğunu təsdiqləmişdir.[8]
Keçi 2007-ci öləndə BBC onun üçün zarafat xarakterli nekroloq yazmışdır.[9] Keçinin ölümü "The Times"[10] və "Fox News"[11] kimi digər xəbər saytları tərəfindən də işıqlandırılmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.