Su Muzeyi (Gifu)
Yaponiyada muzey From Wikipedia, the free encyclopedia
Yaponiyada muzey From Wikipedia, the free encyclopedia
Su Muzeyi (水の資料館, Mizu no şiryokan?) – Yaponiyanın Gifu prefekturasının eyniadlı şəhərində yerləşən su muzeyi.
Su Muzeyi | |
---|---|
Açılış tarixi | aprel 2002 |
Ölkə | |
Yerləşir | Gifu |
35°26′12″ şm. e. 136°46′25″ ş. u.HGYO | |
city.gifu.lg.jp/31749.htm | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin yerləşdiyi bina 1930-cu ildən 1960-cı illərə qədər Gifu şəhərinin su təchizat sistemi üçün mühərrik otağı istifadə olunmuşdur.[1] Mühərrik otağı 2002-ci ildə su muzeyinə, nasos otağı isə 2005-ci ildə öyrənmə mərkəzinə çevrilmişdir.[2]
Muzey Naqara çayının sol sahilində, Kaqamiiva su mənbəyinin yaxınlığında tikilmişdir.[1]
Naqara çayından yığılmış daşlardan tikilmiş[2] muzey binası 2001-ci ildə yaxınlıqda yerləşən Su Təcrübəsi Öyrənmə Mərkəzi (keçmiş nasos otağı) ilə birlikdə maddi mədəni mülk elan olunmuşdur.[1] Binanın uzunluğu 19,3 metr, eni 10,5 metrdir.[3]
Muzeydə su təchizatının tarixi haqqında məlumat verilir, nasoslar, debimetrlər və digər su təchizatları, eləcə də, Kaqamiiva su mənbəyinin modeli,[1] Kinka dağının topoqrafik xəritəsi sərgilənir.[3] Muzeyə giriş pulsuzdur.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.