Srinivasa Ramanucan
From Wikipedia, the free encyclopedia
Srinivasa Ramanucan (ing. Srinivasa Ramanujan, ingiliscə tələffüzü: [/ˈʃriːniˌvɑːsə rɑːˈmɑːnʊdʒən/], dinləⓘ; d. 22 dekabr 1887, Erod, Mədrəs prezidentliyi, Britaniya Hindistanı – ö. 26 aprel 1920, Kumbakonam, Mədrəs prezidentliyi, Britaniya Hindistanı) — Britaniya Hindistanı zamanında yaşamış hindistanlı riyaziyyatçı. Onun mücərrəd riyaziyyat üzrə rəsmi təliminin olmamasına baxmayaraq, riyazi analiz, ədədlər teorimi, sonsuz sıralar, davamlı kəsirlər və həlli qeyri-mümkün qəbul edilən məsələlərin həlli də daxil olmaq üzrə əhəmiyyətli qatqıları olmuşdur. Ramanucan ilkin olaraq təcrid vəziyyətində öz riyazi tədqiqatlarını inkişaf etdirdi; tezliklə Hind riyaziyyatçıları tərəfindən tanındı.Fəaliyyətini daha yaxşı anlayabilən riyaziyyatçıların axtarışında olaraq, 1913-cü ildə Kambric Universitetindəki riyaziyyatçı Qodfri Hardi ilə poçt vasitəsi ilə tərəfdaşlıq etməyə başladı.Tanınması üçün qeyri-adi çalışmasından nümunə kimi Hadriyə göndərdi, Hadri onun Britaniyaya səyahət etməsini təşkil etdi.
Srinivasa Ramanucan | |
---|---|
tam. சீனிவாச இராமானுஜன் | |
Doğum tarixi | |
Doğum yeri | Erod, Mədrəs prezidentliyi, Britaniya Hindistanı |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Kumbakonam, Mədrəs prezidentliyi, Britaniya Hindistanı |
Elm sahələri | kombinatorika, ədədlər nəzəriyyəsi, riyaziyyatçı |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbərləri | Qodfri Hardi |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Qısa həyatı boyunca Ramanucan müstəqil olaraq təxminən 3900 nəticə (əsasən hərfli ifadələr və tənliklər) tərtib etmişdir.[3] Bir çoxu tamami ilə yeni; Ramanucan ədədi, Ramanucan teta funksiyası, bölgü formulu, mock modular formulu yeni bütöv fəaliyyət sahəsi açmış və sonraki bir çox araşdırmaya ilham qaynağı olmuşdur.[4] Demək olar ki, indi bütün iddialarının doğruluğu sübut edilmişdir. Ramanucan jurnalı, hakim-təftişi elmi jurnalı riyaziyyatın hər sahəsinədə nəşrlər etmək üçün Ramanucandan təsirlənərək qurulmuşdur [5] və onun yayınlanmış və yayınlanmamış nəticələrinin xülasəsini ehtiva edən qeyd dəftəri, yeni riyazi fikirlərin mənbəyi kimi ölümündən sonra onilliklər ərzində təhlil və tədqiq edilmişdir. O Səltənət cəmiyyətinin ən gənc ikinci hind üzvü olaraq və ilk hintli üzvü olaraq Kambric Müqəddəs Üçlü Kollecinə seçildi. Hadri Ramanucanın orginal məktublarına "bir baxışın" Eyler və Cakobi kimi böyük riyaziyyatçılar ilə müqayisə edilə biləcək dərəcədə böyük bir riyaziyyatçının yazabiləcəyini göstərmək üçün kifayət olduğunu ifadə etmişdi.
1919-cu tutulduğu hepatit amöbiazis xəstəliyi onu Hindistana qayıtmağa məcbur etdi.1920-ci ildə 32 yaşında vəfat etdi. Onun Hadriyə 1920-ci il yanvar ayında yazdığı son məktubları göstərdi ki, Ramanucan hələ də yeni riyazi fikirlər və teoremlər yaratmağa davam edirdi.Onun ömrünün son ilindəki kəşflərini ehtiva edən "itirilmiş qeyd dəftəri" 1976-cı ildə aşkar olunduğunda riyaziyyatçılar arasında böyük həyacana səbəb olmuşdur. Dərin bir dindar olan Ramanucan ,[6] özünün riyazi qabiliyyətinin ilahi qüvəyə bağlı olub aliə tanrılarından gəldiyini bildirmişdi. O bir vaxt demişdi "Tanrının düşüncəsini ifadə etmədikcə, heç bir tənliyin mənim üçün bir mənası yoxdur " [7]