Splanxnologiya ya Daxili üzvlər sistemi anatomiyanın daxili üzvlər sistemindən bəhs edən şöbəsi. Daxili üzvlər — lat. viscus s. viscera (yun. splanchna) və ya vegetativ həyat üzvləri boyun, döş qəfəsi, qarın boşluğu və çanaqda yerləşən üzvlərə deyilir. Topoqrafiya cəhətcə bu üzvlərə aid olan ürək — qan-damar sistemində, dalaq isə limfa sistemi ilə birlikdə təsvir edilmişdir. Daxili üzvlər üç aparat təşkil edir:
- Həzm aparatı — lat. apparatus digestorius — qəbul olunan qidanı həzm edir, mənimsəyici hala gətirir; qida maddələri olan zülallar, karbohidratlar və yazlar həzm kanalının divarından qana və limfaya sorulur.
- Tənəffüs aparatı — lat. apparatus respiratorius — tənəffüs vəzifəsini görür, burada qazlar mübadiləsi gedir. Ağciyər alveollarında olan havadan oksigen qana əksinə qanda olan karbon qazı alveollara keçir.
- Sidik-cinsiyyət aparatı — lat. apparatus urogenitalis — cinsi və nəsli davam etdirmək, sidik ifraz etmək vəzifəsini görür.
Cəld faktlar Elm sahəsi → öyrənir, Yarımbölmə → öyrənir ...
Splanxnologiya |
|
Elm sahəsi → öyrənir |
---|
Splanxnologiya | → anatomiyanın daxili üzvlər sistemindən bəhs edən şöbəsi |
|
Yarımbölmə → öyrənir |
Bağla