Spec Ops: The Line
2012-ci ildə buraxılmış video oyun / From Wikipedia, the free encyclopedia
Spec Ops: The Line (azərb. Xüsusi əməliyyatlar: Xətt) — "Yager Development" tərəfindən hazırlanmış və "2k Games" tərəfindən yayımlanmış 2012-ci il üçüncü şəxs atıcı videooyunu. Bu, "Spec Ops" videooyun seriyasındakı onuncu epizoddur və rebutdur. Oyunda oyunçular müxtəlif qadcetlərdan istifadə edə, müxtəlif müdafiə vasitələrinin arxasında gizlənə, maneələrin üzərindən tullana və düşmənlərə atəş aça bilərlər. Oyuna "Darkside Game Studios" tərəfindən ayrı hazırlanmış onlayn çoxnəfərli rejimi daxildir. Burada oyunçulara həm əməkdaşlıq, həm də rəqabətli oyunda iştirak etməyə imkan yaradır. Oyunçu kəşfiyyat missiyasını icra etmək üçün elit "Delta" xüsusi təyinatlı dəstəsi ilə birlikdə fəlakətdən əziyyət çəkmiş Dubaya göndərilən kapitan Martin Volkeri idarə edir. Süjet xətti irəlilədikcə Volkerin ruhi sağlamlığı ağlı pisləşir, hallüsinasiyalar görməyə başlayır və yavaş-yavaş müharibənin dəhşətini dərk edir.
Spec Ops: The Line | |
---|---|
| |
Hazırlayanlar | Yager Development, Darkside Game Studios |
Yayımlayanlar | 2K Games |
Lokalizator | |
Seriya | Spec Ops (seriya) |
Anons tarixi | 12 dekabr 2009 |
Buraxılış tarixi | |
Janr | üçüncü-şəxs atıcı |
Rejissorlar |
|
Prodüserlər | Tarl Reyni |
Dizaynerlər | Kori Devis |
Ssenaristlər |
|
Proqramçılar |
|
Rəssamlar |
|
Bəstəkar | |
Texniki məlumat | |
Platforma | Xbox 360, PlayStation 3, Microsoft Windows, macOS[1], Linux[1] |
Mühərrik | Unreal Engine 3 |
Oyun rejimi | birnəfərli oyun[1], çoxnəfərli oyun[1], kooperativ oyun[d] |
İnterfeysin dili | ingilis dili[1], fransız dili[1], alman dili[1], italyan dili[1], yapon dili[1], ispan dili[1], rus dili |
Daşıyıcı | optik disk, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | kompüter siçanı, kompüter klaviaturası, geympad |
Rəsmi saytı |
"Yager" oyunun istehsalına 2007-ci ildə başlamış, oyunun quruluş və hekayə çərçivəsinin formalaşdırılması zamanı Cozef Konradın 1899-cu ildə yazdığı "Qaranlığın ürəyi" romanı və 1979-cu ildə buraxılmış "Apokalipsis indi" filmi də daxil olmaqla müxtəlif mediadan ilham almışdır. Oyun "fiziki cəhətdən ziddiyyətli" olmaq və oyunçuların videooyunlarda müharibəyə əyləncə mənbəyi kimi baxmaq ilə bağlı düşüncələrini şübhə altına almaq, onlara müxtəlif mənəvi cəhətdən qeyri-müəyyən olan qərarlar vermək üçün nəzərdə tutulmuşdur. Oyunun buraxılış tarixi dəfələrlə təxirə salınmış, istehsalçı heyət isə bu vaxtdan oyunun süjetini dəqiqləşdirmək və onun tempini artırmaq üçün istifadə etmişdir. Oyunun saundtreki lisenziyalı musiqi və Elia Smiral tərəfindən bəstələnmiş orijinal musiqidən ibarətdir. Dubayı dağılmış vəziyyətdə təsvir etdiyinə görə oyun Birləşmiş Ərəb Əmirliklərində qadağan edilmişdir.
2009-cu ilin dekabrında elan edilən oyun 2012-ci ilin iyununda beynəlxalq səviyyədə "Windows", "PlayStation 3" və "Xbox 360" üçün satışa çıxarılmışdır. "Spec Ops: The Line" tənqidçilər tərəfindən ümumi olaraq müsbər rəylər almışdır. Oyun süjeti və onun əhatə etdiyi mövzulara görə təriflənmış, lakin onun onlayn çoxnəfərli rejimi və ümumi üçüncü şəxs geympleyi tənqid edilmişdir. Bu həmçinin, ilin sonunda, xüsusən də süjetinə görə bir neçə mükafata layiq görülmüş və nominasiya qazanmışdır, buraxılışından illər sonra kult məiyyət əldə etmişdir. Buna baxmayaraq, "Spec Ops: The Line" kommersiya baxımından uğursuzluq yaşamış və bu, oyunun sikveli olmayacağı barədə bəyanatın yayımlanmasına və nəticədə "Spec Ops" seriyasının sona çatmasına gətirib çıxarmışdır.