From Wikipedia, the free encyclopedia
Soyuducu - istilik tәcridinә malik olan kamerada yeməklərin saxlanması üçün tətbiq olunan elektrik qurğudur. Soyuducu demək olar ki, hər ailədə mövcuddur. Soyuducunun işləmə prinsipi istiliyi işçi kameradan götürüb xarici mühitə verən istilik nasoslarına əsaslanır. Həmçinin sənaye soyuducuları da mövcuddur. Onların kameraları yüzlərlə kubikmetr həcmində olur və iri kombinatlarda, yeməkxanalarda tətbiq olunurlar.
Soyuducular iki tipə bölünürlər: qida məhsullarını saxlamaq üçün orta temperaturlu soyuducular və aşağı temperaturlu dondurucular. Son zamanlarda hər iki kameraları özündə kombinasiya edən soyuducular hazırlanır. İlk iki kameralı soyuducu "General Elektrik" tərəfindən hazırlanmışdır.
İçərisinə buz doldurulmuş, qida məhsullarını saxlamaq üçün tətbiq edilən soyuducu otaqlar hələ bir neçə min il əvvəl mövcud olsa da, ilk soyuducu qurğusu XIX əsrdə yaranır. Bu qurğu doldurulmuş buzun tez-tez dəyişdiirlməsini tələb edirdi.
1856-cı ildə avstraliyalı Ceyms Harrison kompressorla işləyən soyuducunu düzəldir. Bu soyuducudan pivələrin sərinləşdirilməsində istifadə edilirdi.
1857-ci ildə ilk soyuducu vaqon düzəldilir.
İlk sənaye soyuducusu 1913-cü ildə yaradılmışdır. Sənaye soyducuları kimi onlar da istilik nasosları əsasında işləyirdilər. Bu ilk məişət soyuducularında soyuducu maddə kimi toksik maddələrdən istifadə olunurdu.
1927-ci ildə "General Elektrik" soyuducuların istehsalına başlayır və onların geniş yayılmasına imkan yaradır.
Əvvəllər Bakı soyuducular zavodu kimi tanınan, hazırda onun bazasında yaradılmış “Bakı Çinar Soyuducuları” ASC-nin əsası 1959-cu ildə qoyulmuşdur. Hazırda müəssisədə müxtəlif növ «Çinar» soyuducuları istehsal olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.