From Wikipedia, the free encyclopedia
Sosialistlər fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fraksiyalarından biri.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sosialistlər fraksiyası | |
---|---|
Lideri |
Səməd ağa Ağamalıoğlu Aslan bəy Səfikürdski |
Quruluş tarixi | 7 dekabr 1918 |
Dağılma tarixi | 27 aprel 1920 |
İdeologiya | sosializm |
İdeoloji spektr | solçu |
Müttəfiqlər |
Müsəlman Sosialist Bloku Xalqçı Partiyası Hümmət Partiyası |
Parlamentdə |
12 / 120 (27 aprel 1920) |
Hökumətdə |
3 / 15 (24 dekabr 1920) |
Əhməd bəy Pepinov və Səməd ağa Ağamalıoğlu maliyyə-büdcə komissiyasında, Bağır Rzayev təsərrüfat komissiyasında, Əhməd bəy Pepinov, Bağır Rzayev, Qasım bəy Camalbəyov, Rza bəy Qaraşarov Məclisi-Məbusan çağırılması üzrə Mərkəzi Komissiyada, İbrahim Əbilov və Hacı Kərim Sanılı redaksiya, aqrar, həmçinin sorğu komissiyalarında fəaliyyət göstərirdilər. Səməd ağa Ağamalıoğlu aqrar komissiyanın sədri idi. Sosialistlər fraksiyasının bəyannaməsində yeni hökumətin koalision olması və demokratik prinsiplərə əsaslanması tələbi qoyulurdu. Bəyarmamədə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin qorunması və demokratiyanın təsdiqi hökumətin başlıca vəzifəsi kimi müəyyənləşdirilirdi. Fəhlə məsələsinin həlli üçün 8 saatlıq iş gününün tətbiqi, inqilab dövründə fəhlələrlə bağlanmış müqavilələrin qüvvədə qalması, fəhlə təşkilatlarına dövlət tərəfindən maddi yardım göstərilməsi kimi tədbirlərin görülməsi təklif olunurdu. Aqrar məsələ ilə bağlı torpaq komitələri yaradılması nəzərdə tutulurdu. Bəyannamədə "qadınların haqq və səlahiyyəti kişilərlə bərabər olmaqdır", — fikri xüsusi vurğulanırdı. Xarici siyasət sahəsində qonşu dövlətlərlə, Avropa ilə ən geniş əlaqələr qurulmasının vacibliyi qeyd edilirdi.
Sosialistlər fraksiyası Müsəlman Sosialist Bloku və Hümmət Partiyası çərçivəsində fəaliyyət göstərən azərbaycanlı sosial demokratları, eser (Xalqçı Partiyası) və menşevikləri (Hümmət Partiyası) birləşdirərək, parlamentin sol cinahını təşkil edirdi. Fraksiya hadisələrə və hakimiyyətdaxili proseslərə yanaşmada bir mənalı mövqe tutmurdu. Sosialistlər hökumətə qarşı kəskin münasibətdə olmalarına baxmayaraq, hakimiyyətin sağların əlinə keçəcəyindən ehtiyat etdikləri üçün, onun istefası əleyhinə çıxıb kabinetin tərkibində bəzi fərdi dəyişiklik edilməsinin tərəfdarı idilər. Onlar cinayət və möhtəkirlik məsələlərini araşdıracaq geniş səlahiyyotli xüsusi parlament komissiyasını təsis etmək, vəzifə cinayətləri, möhtəkirlik və ölkədəki əks-inqilabi cinayətləri mühakimə edəcək ali tribunalın əsaslannı işləyib hazırlamaq üçün xüsusi komissiya haqqında qətnamə layihələri təklif edirdilər. Parlament sosialistlərin tələbi ilə ölkədə ərzaq məsələsini tənzimləyəcək xüsusi komissiya yaratdı. Ali tribunal haqqında sosialistlərin təqdim etdikləri layihə parlament tərəfindən rədd olundu. Aqrar məsələdə isə sosialistlər torpağını müsadirə olunub, ödəncsiz olaraq kəndlilərə verilməsini tələb edirdilər. Uzun müzakirələrdən sonra keçirilən səsvermə sosialistlərin xeyrinə nəticələnsə də, aqrar məsələnin həllinə ciddi təsir göstərmədi.
III Xoyski hökumətinin istefasından sonra sosialistlər hesab edirdilər ki, təşkil olunacaq yeni hökumət geniş əhali təbəqələrinin tələblərini təmin edən əsl demokratik hökumət olmalıdır. Bunun üçün mərkəzin demokratik hissəsi ilə sol qüvvələrin koalisiyasını zəruri sayan sosialistlər hökumətin siyasətinə təsir etmək imkamna malik olmaq üçün nazirlər kabinetindəki yerlərin, daxili işlər naziri vəzifəsi də daxil olmaqla, yarıya qədərini tutmağa çalışırdılar. Sosialistlər bitərəfləri "ən mürtəce ünsürlər" kimi qiymətləndirib, onların koalisiyaya daxil olunmasının əleyhinə çıxış edirdilər. Sosialistlər (Hümmətsiz) hökumətin tərkibinə daxil olmağa razılıq verdikdə I Yusifbəyli hökumətində Camo bəy Hacınski poçt və teleqraf naziri, Aslan bəy Səfikürdski ədliyyə və əmək naziri oldu.
1919-cu ilin sentyabrında parlamentdə hökumətə etimad məsələsi qoyularkən sosialistlər fraksiyası qəti və açıq şəkildə hökumətə etimad göstərmədiyini bildirdi. Yeni hökumət kabinəsinin formalaşdırılması prosesində sosialistlər, İttihad Partiyası kimi, hökumətə daxil olmaq təklifini rədd etsələr də, irəli sürdükləri tələblər yerinə yetiriləcəyi halda hökumətə daxil olmaq imkanını istisna etmirdilər. Tələbləri bunlar idi:
1919-cu ilin dekabrında təşkil olunan yeni koalisyon hökumətin tərkibinə sosialistlərdən Əhməd bəy Pepinov (əmək və əkinçilik naziri), Camo bəy Hacınski (poçt və teleqraf naziri) daxil idilər. Əvvəlki iki kabinetdə olduğu kimi, sosialistlər fraksiyasının nümayəndələri II Yusifbəyli hökuməti tərkibinə daxil edilsələr də, fraksiya hökumətə qarşı tənqidi mövqedə dayanmışdı.
1920-ci ilin yanvarında Sovet Rusiyasına münasibət məsələsi siyasi partiyalar arasında kəskin qütbləşmə yaratdıqda Aslan bəy Sofıkürdski sosialist fraksiyası adından xarici işlər naziri Fətəli xan Xoyskiyə Sovet Rusiyasının notasına hökumətin münasibəti barədə sorğu göndərdi. Rusiyapərəst mövqedən çıxış edən sosialistlər Ş. V. Çiçerinin notasına müsbət cavab verilməsinin tərəfdarı idilər. 1920-ci ilin yazında bolşeviklərin və digər qüvvələrin dövlətə zidd fəaliyyətinə qarşı hökumətin həyata keçirdiyi qətiyyətli tədbirlər sosialistlərin etirazına səbəb oldu. Martın 20-də Əhməd bəy Pepinov parlamentin iclasında Bakı Fəhlə Klubunun bağlanması və keçirilmiş həbslərlə bağlı etiraz bəyanatı verdi. Onun bu bəyanatını təcili müzakirə etmək təklifi hökumət üzvlərinin əksəriyyəti tərəfindən rədd olundu. Parlamentin sonrakı iclasında Əhməd bəy Pepinov öz partiyasının qərarına əsasən, istefaya getdiyini bildirdi və martın 23-də nazir səlahiyyətlərindən əl çəkdi. Əhməd bəy Pepinovun ardınca aprelin 9-da Camo bəy Hacınski də istefa verdi. Sosialistlərin və İttihad nümayəndələrinin getməsi hökumət böhranını kəskinləşdirdi. Sosialistlər fraksiyası radikal sosialist hakimiyyət yaradılmasında təkid edirdi. Üç nazir vəzifəsi tələb edən fraksiya daxili işlər, xarici işlər və hərbi nazir vəzifələrinə Camo bəy Hacınski, Aslan bəy Səfikürdski və Bağır bəy Rzayevin namizədliklərini irəli sürmüşdür.
1920-ci il aprelin 27-də parlamentdə hakimiyyəti kommunistlərə təhvil vermək barədə ultimatumun müzakirəsi zamanı sosialistlər hakimiyyətin təhvil verilməsinə tərəfdar olduqlarını bildirdilər.[1]
Tərkibinə Müsəlman Sosialistlər Bloku (1919-cu ildə 4 üzvü Xalqçı Partiyasını təsis etdi) ilə Hümmət (menşevik) Partiyasının üzvləri daxil idi. 14 nəfərdən ibarət olmuşdur. Fraksiyanın sədri Səməd ağa Ağamalıoğlu olmuşdur. Üzvləri:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.