From Wikipedia, the free encyclopedia
Soqen məbədi (曹源寺, Soqen-ci?) və ya Kappa məbədi (かっぱ寺, Kappa-dera?) – Yaponiyanın Tokio şəhərinin Kappabaşi bölgəsində yerləşən buddist məbədi. Məbəd kappalarla olan əlaqəsinə görə tanınır.
Buddizm | |
Soqen məbədi | |
---|---|
Yerləşməsi | |
Ölkə | Yaponiya |
Şəhər | Tokio |
Rayon | Tayto |
Yeri | Kappabaşi |
Memarlıq | |
İnşa tarixi | XVII əsr |
|
|
Saytı | |
sogenji.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Soqen məbədi XVII əsrdə qurulmuşdur.[1] Məbəd və məbədin yerləşdiyi bölgənin adı Kappa Kavataro[lower-alpha 1] adlı yerli plaş tacirinin adından gəlir.[1] O, daşqınların qarşısını almaq üçün kanal tikintisinə pul ayırmışdır.[1]
Əfsanəyə görə kanalın tikintisi zamanı yüzlərlə kappa Sumida çayından gələrək Kavataroya kömək etmişdir.[1] Kavataro 1814-cü ildə öləndə Soqen məbədində dəfn olunmuş və məbəd bundan sonra Kappa məbədi kimi tanınmağa başlamışdır.[1]
Soqen məbədi Tokionun Tayto xüsusi rayonunun Asakusa rayonunun qərbində, Kappabaşi bölgəsində yerləşir.[1] Məbəddə bir çox kappa heykəlciyinə rast gəlmək mümkündür. Kappaların sevimli yeməyi xiyar hesab olunduğu üçün məbədin səcdəgahına tez-tez xiyarlar qoyurlar.[1] Xəzinə otağında kappalara aid qədim əlyazmalar və mumyalanmış kappa əli saxlanılır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.