Slepikovski burnu
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Slepikovski burnu — Saxalin adasının cənub-qərb sahilində, Rusiya Federasiyası Saxalin vilayətinin Xolmski şəhər dairəsi ərazisində yerləşən burun. Nevelski körfəzinin şimal nöqtəsini təşkil edir. Sahillərini Yapon dənizinin suları yuyur
Slepikovski burnu | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 0.609 km² |
Yerləşməsi | |
47°18′15″ şm. e. 141°57′55″ ş. u.HGYO | |
Akvatoriya | Şimal Buzlu okean |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Burun Rus-Yapon müharibəsi zamanı Cənubi Saxalidə mövcud olmuş rus partizan dəstəsinin komandiri Bronislav Vladislavoviç Qrotto-Slepikovskinin şərəfinə adlandırılmışdır.
Burun müasir adını 1945-ci ildən sonra almışdır. 1905-ci ilə qədər Hotoro, 1934-cü ildən etibarən isə Otoro Misaki adını daşıyırdı[1].
Burunun cənub-şərqində Pionerı qəsəbəsinin ərazisində, şəfa-reabilitasiya mərkəzi olan sanatoriya-kurortu fəaliyyət göstərir. Burundan şərqdə Kostromskoe, cənubunda isə Pionerı qəsəbələri yerləşir. Hər iki kənd Xolmsk şəhər dairəsinə daildir. Burun yaxınlığında Hamboi aerodromu vardır. Aerodrom hazırda fəaliyyət göstərmir. Burun dəniz səviyyədindən bir qədər hündürdə yerləşir. Ancaq bu elə də böyük hündürlük deyil. Burun yaxınlığından magistral yol keçir.
Burun yerli əhəmiyyətli təbiət abidəsi hesab edilir. Bu səbəbdəndə qorunur. Saxalin yerli icra orqanlarının 4 yanvar 1995-ci il qərarı ilə təşkil edilmişdir. Burunun sahəsi 609 ha-dır.
Təbiət qoruğu özünün unikallığı ilə seçilir. Buna səbəb endemik bitki və heyvanlarr aləminə malik olmasıdır. Burunda 200 növ borulu bitki, 12 növ məməli, 5 növ suda-quruda yaşayan, 2 növ sürünən, 80 növ quş yaşayır. Xoş mikro iqlimi sayəsində ərazini turist və istirahət edənlər ziyarət edir. Nadir növlərdən Mandarin ördəyi, Ağacqurbağalarını burada müşahidə etmək olar. Burada Saxalin ərazisində yeganə olan Pinus koraiensis bitir. Burun düzən relyefə sahibdir. Kostroma çayının mənsəbinə yaxın yerləşir.
Slepikovski burnunda mayak 1934-ci ildə yaponlar tərəfindən inşa edilmişdir. O dövrdə Saxalinin cənubu Yaponiya imperiyasının Karafuto orefekturasına daxil idi. Mayakın hündürlüyü 27 metrdir.
Mayak eyni ilə Lamanon burnununda olan mayakın əksidir. Saxalin adasında yaponlar tərəfindən inşa edilən digər mayaklar kimi yardımçı və yaşayış tikililəri ilə dəhlizlərlə birləşir. Onlar bir qayda olaraq dairəvi qüllədən ibarət olurlar. Mayakda yağış sularını texniki və içmək məqsədli istifadə edilməsi üçün toplayan xüsusi sistem mövcud idi. Damdan yığılan su filterdən keçərək mayakın zirzəmisində olan daşdan inşa edilmiş anbara yığılırdı [2].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.