Skot Moir
From Wikipedia, the free encyclopedia
Skot Moir (ing. Scott Moir; d. 2 sentyabr 1987, London, Ontario, Kanada) — Kanadanı təmsil edən fiqurçu.[2] Skot Moir, Tessa Vertyu ilə birgə 2003-cü ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb.[2] Moir və Vertyu cütlüyü həm Olimpiya Oyunları tarixində, həm də Dünya idmanı tarixində bu idman növü üzrə ən yaxşı idmançılardan hesab olunurlar. Moir və Vertyu cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında 2 gümüş medala (Komanda və fərdi), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə 2 qızıl medala (Komanda və fərdi) sahib olub.[2]
Skot Moir | ||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Scott Moir | ||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Skot Moir | |||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Kanada | |||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | (36 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | London, Ontario, Kanada | |||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 180 sm. (5 ft 10 in) | |||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 75 kq[1] | |||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Fiqurlu konkisürmə | |||||||||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 1994—2018 | |||||||||||||||||||||||||||||||||||||||||||
Rəsmi saytı | ||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
Moir və Vertyu cütlüyü həm də Dünya Çempionatlarında ciddi uğurlara imza atıblar. 2009-cu ildə baş tutan Dünya Çempionatının bürünc medalına, 2008, 2011 və 2013-cü illərdə baş tutan çempionatların gümüş medalına, 2010, 2012 və 2017-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub Moir və Vertyu cütlüyü, üç dəfə (2008, 2012 və 2017-ci illərdə) Dörd Qitə Çempionatının qalibi olub, 2 dəfə (2008 və 2012-ci illərdə) gümüş medala, 2 dəfə (2006 və 2007-ci illərdə) isə bürünc medala sahib olub.[2]
Moir və Vertyu cütlüyü həm də ISU Qran-Pri yarışlarında da bir sıra uğurlara imza atıblar. Onlar ISU Qran-Pri Finalının bir dəfə (2006–2007-ci il mövsümündə) qızıl medalına, beş dəfə (2009–2010, 2011–2012, 2012–2013, 2013–2014 və 2017–2018-ci illər mövsümlərində) isə gümüş medalına sahib olub.[2] Gənclər arasında isə Moir və Vertyu cütlüyü, 2005-ci ildə gənclərin ISU Qran-Pri Finalında, 2006-cı ildə isə gənclər arasında Dünya Çempionatında qızıl medal qazanıb.[2]
Moir və Vertyu cütlüyü habelə 8 dəfə (2008, 2009, 2010, 2012, 2013, 2014, 2017 və 2018-ci illərdə) Kanada Çempionatının qızıl medalına sahib olub.[2]
Moir və Vertyu cütlüyü, ISU ABŞ və Çin Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Moir və Vertyu cütlüyü yeddi dəfə Kanada Qran-Prisinin (2007, 2009, 2011, 2012, 2013, 2016 və 2017-ci illərdə), üç dəfə Fransa Qran-Prisinin (2009, 2011 və 2013-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2009 və 2011-ci illərdə) və 1 dəfə Kanada Qran-Prisinin (2008-ci il) qalibi olub.[2]
Karyerası ərzində 74 yarışa qatılan Moir və Vertyu cütlüyü, onların 41-də qızıl medal, 19-da gümüş medal, 5-də isə bürünc medal qazanıb.[2]
Moir və Vertyu, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarının fevralın 9-da olan açılış mərasimində Kanada bayrağını aparıblar.[2]
20 ildən çox birgə mübarizə aparan Moir və Vertyu cütlüyü, bu idman növü üzrə Olimpiya Oyunlarında ən çox qızıl medal və ən çox medal qazanan idmançıdırlar.[2]