From Wikipedia, the free encyclopedia
Skopye zooparkı (mak. Зоолошка градина Скопје; alb. Kopshti zoologjik Shkup) – Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində yerləşən zoopark. Şəhər parkının yaxınlığında yerləşir və 12 hektar sahəni əhatə edir. Zooparkda 85 növə mənsub olan 500-dən çox heyvan qorunur.
Açılma tarixi | 1926 |
---|---|
Yer | Şəhər parkı, Skopye, Şimali Makedoniya |
Sahəsi | 12 ha[1] |
Heyvanların sayı | 500[1] |
Növlərin sayı | 85[1] |
Sayt | zooskopje.com.mk |
Skopyke zooparkının əsası 1926-cı ildə üç nəfərdən ibarət olan, Stanko Karamanın rəhbərlik etdiyi komisiya tərəfindən qoyulmuşdur. Zoopark açılanda cəmi 4 hektar sahəni əhatə edirdi və burada sadəcə hədiyyə kimi təqdim olunmuş bir neçə heyvan sərgilənirdi. 1965-ci ildə Skopye şəhər şurasının qərarından və 1966-cı ildə şəhər ərazisinin genişləndirilməsindən sonra Skopye zooparkının sahəsi indiki vəziyyətə çatmışdır.[1]
Skopye zooparkı uzun illər burada saxlanılan heyvanlar üçün mövcud olan pis şəraitə görə tənqid olunmuşdur. Zooparkda saxlanılmış yeganə fil Belqrad zooparkından transfer edildikdən bir il sonra 23 yaşında ölmüşdür.[2] Zooparkın sakini olmuş və xroniki depresiyada olan Koko adlı şimpanze 2009-cu ildə başqa bir yerə transfer olunmuşdur.[3]
Lakin 2008-ci ildə Skopye şəhər şurası zooparkı inkişaf etdirmək və heyvanların şəraitini yaxşılaşdırmaq üçün 42 milyon dinar məbləğində büdcə ayırmış, zooparkı müasir standartlara çatdırmaq üçün Avropa Zooparklar və Akvariumlar Assosiasiyası ilə əməkdaşlıq etməyə başlamışdır. 2010-cu ilə qədər Skopye zooparkında 18 yeni bağlı sahə inşa edilmiş, zooparkdakı köhnə sərgilərin 85%-i yenilənmiş və zoopark Avropa Zooparklar və Akvariumlar Assosiasiyasının üzvlüyünə namizəd olmuşdur.[3][4]
Zooparkın 2011-ci ilə aid gələcək planlarına fillər və zürafələr üçün yeni bölgələr inşa etmək,[4] şimpanze Kokonu zooparka qaytarmaq daxil idi.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.